adalet.az header logo
  • Bakı 18°C
29 May 2015 19:00
3635
SAĞLAMLIQ
A- A+

17 xəstəyə sümük iliyi köçürülüb

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 250 milyondan artıq insanın talassemiya daşıyıcısı və təxminən 300 min talassemiya xəstəsi var.

Səhiyyə Nazirliyindən  verilən xəbərə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə keçirilən geniş kollegiya iclasında Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirib ki, Azərbaycanda da bu xəstəliyə düçar olan vətəndaşlar: "Bu gün ölkədə səhiyyənin prioritet sahələri üzrə 11 Dövlət Proqramı qəbul olunub və uğurla davam etdirilir. İnsanların sağlamlığının qorunmasını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən dövlət rəhbərimizin talassemiyalı xəstələrə də diqqəti xüsusi qeyd olunmalıdır. Son illər talassemiyaya ilə mübarizə istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Hazırda Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bu mərkəzdə talassemiyanın radikal müalicə üsulu olan sümük iliyinin köçürülməsi əməliyyatları da yerinə yetirilir. Belə ki, ötən il 10 xəstəyə, 2015-ci ilin 5 ayı ərzində isə 7 xəstəyə sümük iliyinin köçürülməsi əməliyyatı uğurla aparılıb”.