SEVGİNİN XINA ÇİÇƏYİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
64220 | 2015-05-29 18:30

Buda may ayı. Onun da kürəyini yerə vurduq. Daha doğrusu, kürəyini yerə gətirmişik,bircə ağ bayraq qaldırmağı qalıb. Çünkibu yazını siz mayın 31-dən bir gün öncə oxuyacaqsınız. Deməli, həmin obir gün ola bilər ki, may ayının arxada qalan 30 gününü yaddaşdan silər vəyaxud da 30 günün daha önəmli olduğunu yaddaşa yazar. Necə deyərlər, hərsaatın, hər anın öz hökmü var və biz də bu hökmə boyun əyib yaşamağı daha uyğunsayırıq. Təbii ki, ağıllı, ədalətli və zamanında verilən hökm heç kəsin istiaşını soyutmur. Amma neyləyək ki, bəzən biz verilən hökmlərin yalnız və yalnızicraçısı oluruq. Hətta zorən iştirakçısına çevrilirik. Bu da həyatın bir üzüdü,bir dinamikasıdı…

Bəli,mən öz-özümə düşünürəm ki, bu 30 günün şirinli-acılı məqamları əslində müəyyənştrixləri ilə bütün xalqın yaddaşına yazıldı. Onun kədərli anını təzədən dilə gətirmək,qaysağını yenidən qoparmaq fikrində deyiləm. Çünki o müdhiş hadisə may ayının birqara səhifəsi oldu. O səhifəni biz bəndələr yazdıq. Neyləyək ki, bu bir həqiqətdi.Yazdıq və sonra da acısını yaşadıq. Hələ uzun müddət də o acını yaşayacağıq. Ənazından ona görə ki, gözümüzün önündə hər gün yeni-yeni binalar tiklir, binalarucalır. Və bu tikinti bumu da bizə öz qurbanlarını andıracaq. Bizə işarə verəcəkki, kimləri itirdik və nədən itirdik…

Hələlap kiçik yaşlarımdan yaşlılardan eşitmişdim ki, torpağın üzü soyuqdu,qoynuna aldığı adamı çox qısabir zamanda unutdurur. Bu eşitdiyimhikmətin böyüdükcə şahidinə çevrildim.Ən yaxın ailə üzvlərimizi, doğmalarımızı öncə topsuz-tüfəngsiz -avtomobil qəzasında, çayda, dənizdə, odda-alovda və bir də hansısa azar-bezardahəmin o üzü soyuq torpağa tapşırdıq. Buna da qədər deyirik. Bunun üçün gözyaşları içərisində bir təəssüf hissi keçirməklə acıdıq da. Amma o, dünyasını dəyişənlər qısa bir zamandansonra həqiqətən yüz illik, min illik mərhumlarınsırasında öz yerini tutdu. Biz ancaq xatirə danışdıq və bir də yolumuz düşəndəməzarlarını ziyarət etdik. Bu da insanın bir xüsusiyyətidi, bir xarakteridi.Ağlayır… dəfn edir… sonra əlindəki çiçək ziyarətə gedir… və sonra onun getdiyiyolda, özü də əksəriyyətimizin getdiyimiz yolda yavaş-yavaş ot göyərir… Çünkixatırlayanlar azalır… Elə xatırlayanların özü də xatirəyə çevrilir…

Bax, bu mənadainsanı unutqanlıqda qınamaq mümkündü. Ammagerçəyi də deməmək, dilə gətirməmək böyük bir qəbahət sayıla bilər. Onagörə ki, bu günün insanı çox yüklənib. O qədər yüklənib ki, elmi-texniki tərəqqinin,iqtisadi-siyasi auranın, yaşam tələbatının və daha nələrin qarşıya çıxardığımin bir sual onu çiyinlərindən üzü aşağı, torpağa doğru sıxır. İnsan həmin oyükün altında bəzən nəfəs almağı da yadından çıxarır. Sadəcə mövcud olur,yaşamır…

Hə, bu gerçəkdi. Bunu siz də bilirsiniz, mən dəbilirəm. Elə bildiyiniz bu gerçəyin ən real nümunəsi gözümüzün qarşısındadayanıb - yəni üzlükləri sökülən binalar. O üzlüklər vurulanda gözlərimizsevinirdi… O üzlüklər söküləndə də gözlərimiz sevindi… Amma ikinci sevinc kədərlə,yaşla o qədər qovuşmuşdu, o qədər birləşmişdi ki, ancaq parıltısını duymaqolurdu. Və bir də bu ikinci sevinc bizə bizim dərdimizə çilənən, səpilən bir təsəlliidi… bir toxtaqlıq idi… İndi yenəbinalar üzlənir, amma fərqli bir şəkildə... İndi yenə gözlərimiz sevinir… yenəfərqli bir şəkildə... Çünki təzə üzlüklər çəkilir… Deməli, həyat inkişaf edir…Deməli, həyat bir nöqtədə dayanmırvə…

Lap əvvəldədediyimiz məqamı xatırlayaq. Torpağın üzünün soyuq olduğunu. Yəqin nə demək istədiyimianladınız. Hə, mən bu məqamda məhz həmin oanlara ürəyimdə göyərən, sonda misraya çevrilən pıçıltılarımı dilə gətirməkistəyirəm:

Qutu evlər

üst-üstə

adamlar

qutularda

bir qığılcımdan

yanar…

bir titrəyişdən

çökər…

hər ikisində də

evlər

adamlardan

adamlar

evlərdən

qurtular

və sonra…

bir gün kimlərsə

gələr

yanan,

çökən evləri

özüldən sökər…

sonra

yeniqutulara

yeniadamları

aparan

addımlar

göyərər

hərgün

buqutulara

adamlar

gələr,gedər…

***

Bizadətən «bir-birimiz üçün doğulmuşuq» deyib özümüzə təsəlli veririk. Həttapafoslu bir şəkildə bəyan edirik ki, insan insanın dostudu. Amma gəlin etirafedək ki, yer üzündə hər gün sayı artan insanlar doğrudanmı bir-birinin dostudu.Əgər dostudursa, onda bu müharibələr, bu terrorlar, bu qətliamlar və daha nələr,nələr kim tərəfindən törədilir? Niyə törədilir? Bəlkə onlar yad planetin nümayəndələridi.Bizim olduğumuz Yer adlı planetə qənim kəsiliblər. Lap çılpaq, necə deyərlər,birbaşa desəm, onlar insan deyillər!.. Yox, mən bu fikrimdə heç də haqlı deyiləm.Bunu çox yaxşı dərk edirəm. Bilirəm ki, bu mənim əsəbdən, qarşılaşdığım, izlədiyim,müşahidə etdiyim, oxuduğum, eşitdiyim hadisələrə qarşı içimdəki üsyanın, etirazın ifadəsidi. Amma gerçəkdə bu hadisələri törədənlər dəaxı insandı. Onların da doğum tarixi, ünvanı var… Həyatlarının müəyyən məqamlarındagördükləri müsbət işlər var. Deməli, hər iki məqamı üz-üzə gətirəndə onlar da,biz də insanlarıq. Amma biz bir-birimizin dostu deyilik. Necə deyərlər, yaxşı əmilər,yaxşı dayılar və bir də pis əmilər, pis dayılar kimi bir şeydi. Üz-üzə dayananvə hər ikisinin də adı insan olan varlıq! Bizləri Allah yaradıb – yəniinsanları. Amma görünür biz öz insan missiyamızı hardasa şeytanın da ixtiyarınavermişik. Ona görə də həmin o bir-birimizə dost-doğma haqqımızı itirmişik və olmuşuq bir-birimizin Düşməni. Amma yaxşı ki,içimizdə şeytanın üzünə bağlı olan qapının arxasında bir sevgi də var. O, biziyaşadır, bizi yönəldir, bizi ruhlandırır. Və bizi inandırır ki, sabah bu gündənyaxşı olacaq, işıq qaranlığa qalib gələcək və ümumiyyətlə, işıq iynənin gözündən də olsa süzülübkeçəcəkdi. Deməli, biz nə etməyimizdən, necə etməyimizdən asılı olmadan həmin oiçimizdəki sevgini qoruya-qoruya, onu böyüdə-böyüdə ətrafımızı da həmin aurayacəlb etməliyik. Bax onda sevgimiz də qol-budaq atacaq, ətraf də o sevgiyə bələnəcəkvə insan insanın dostu olmaq yolunu tutacaqdı. Mənim gəldiyim məntiqi nəticə, mənimistinad etdiyim nöqtə bax, budu. Ona görə də hərdən öz-özümə düşünürəm ki, sənədə deyim:

Bütün hallarda

verilən suallar

təbii ki,

cavab üçündü…

çox maraqlıdırki,

bütün cavablardan

yalnız biri

düzgündü!...

veriləcək

bir sual

gözlənilməz

bir cavab…

sən özünlə

üz-üzə dayan

ikisini də

istədiyin kimi

seç

məni düşünmə,

mən heç...

təki sən

razı qal,

verdiyincavab

gözlədiyin sual

olsun!..

***

Xeyli vaxtdırki, öz-özümə təkrar etdiyim bir fikrin təsirindən çıxa bilmirəm. Doğrudur,sonda o fikri bir bənd şeirə çevirmişəm. Amma hələ də o fikir öz çəkisində, özağırlığında qalır. Anlaya bilmirəm ki, insan hansısa bir maddi uğura görə,özündən, öz dünyasından uzaqlaşa bilər, dəyişə bilər… yadlaşa bilər… öz çevrəsinitəzələyər... Və sair və ilaxır.

Bax, bu fikir azqala çözümü olmayan, cavabı tapılmayan sual kimi yaxamdan əl çəkmir. İnanın ki,mən kiminsə maddi uğurununhesabını aparan, onapaxıllıq edən, ona köks ötürən Allah bəndəsi deyiləm. Mənim ən böyük həsədimkiminsə kəndinin olmasıdı. Kimsə yanımda söyləyəndə ki, sabah kəndimizə gedəcəm,ürəyim çat verir. Daxilən bir həsəd hissi məni əli süngülü neçə yerdən dəlik-deşikedir. Elə istəyirəm ki, mən də kəndimə gedim, mən də kimisə kəndimə dəvət edim…Amma təəssüf ki, bu mümkün deyil. Bəlkə də nə vaxtsa bu mümkün olacaq. Hələ ki…

Bəli, mən yenəxüsusi bir şəkildə vurğulayıram ki, heç kimin malında, mülkündə, qazancındagözüm yoxdu. Amma kiminsə birdən-birə çiyninə şahlıq quşu qonursa, nağıllardadeyildiyi kimi, xoruzu da yumurta verirsə və o da bundan normal, insan kimiistifadə etməyib öz insanlığından uzaq düşürsə, bax, mən onda bir insanitirdiyimə, bir insanın mənim üçün öldüyünə heyfsilənirəm. O insan o qədər eybəcərləşir ki, gözüayağının altını görmür. Dünən onun üçün cırılıb atılan, yandırılan bir vərəqkimi bir tullantıya çevrilir. Bunun acısını təbii ki, onun dünənki çevrəsi də çəkir,yaşayır və bu bir uduş, bir qazanc əslində yenə vurğulayıram ki, bir itkiyə nədənolur, səbəb olur. Ona görə də mən içimdə fırlanan, özümlə gəzdirdiyim həmin ofikrin ağırlığı altında cəmi dörd misradan ibarət olan şeiri bir növü özümə təsəllihesab edirəm. Yəni itirdiyim insanın yoxluğuna bu misralar bir növü su çiləyir,özü də duzlu su.

Yaman havalıydıbaxmırdı üzə

Gedirdi birzaman göylə ürəyim…

İndi yaxınlaşıbayrılıq bizə –

Bunu hissedirmi, söylə ürəyin?!

Bu yazıdainsanla, insanlıqla duyğuları, gerçəyi bir növü qarşılaşdırmaq və sonda onun şəxsənməndə hansı assosiasiyanı yaratdığını ortaya qoymağa çalışıram və görürəm ki,yazdıqlarımla, ifadə etmək istədiklərimlə pəncərədən baxıb gördüklərim tam əhatəolunmur. Elə bil bu sürət deyilən hər nədisə, o məni qabaqlayır, mənimyazdıqlarımı, ifadə etdiklərimi ötüb keçir. Ona görə də pəncərədən çəkilmək vəyaxud da onu bağlamaq, ətrafı görməmək kimi mənasız bir istək də içimdə başqaldırır. Amma yaxşı anlayıram ki, bu, sadəcə olaraq bir pessimist istəkdi.Onun nə müalicəsi var, nə də reallaşmaq şansı. Yəni bir pəncərəni bağlamaqla,özünü təcrid etməklə heç nəyi dayandırmaq, heç nəyin qarşısını almaq mümkündeyil. Çünki bir fərd bütün dünyaya, bütün insanlara qarşı gedə bilməz. Odurki, mən özüm üçün, öz iç dünyam üçün bir çıxış yolu tapmışam. O da hər şeyə, hərkəsə sevgi ilə baxmaq, sevgi ilə yanaşmaqdı. Çünki dünyanı təkcə gözəllik yox,həm də gözəlliyin özünün də sevgi olduğunu dərk etmək xilas edə bilər. Bax eləbu sevginin də, bu dərketmənin də poetik ifadəsi həmin o Füzuli sevgisindədi…Hüseyn Cavid məhəbbətindədi…. Müşfiq pıçıltısındadı… Və yeri gəlmişkən, buyazını bilgisayara söylədiyim anda diqqətimi çəkən bir nüansı elə sevginin biryarpağı kimi görmək mənə nəsib oldu. Gördüm ki, bilgisayarda bu boğanaq havadamənim söylədiklərimi yazmaq məcburiyyətində qalan xanım qolunun üstündə birxına çiçəyi açıb. Elə bil təbiətin bir parçası xına gülü kimi yayılıb onunqolunun üzərinə. Həmin nöqtəyə baxdığımı hiss edən xanım bircə kəlmə dedi:

- Dünənxınayaxdıya getmişdim…

Bəli, deməli bizürəyimizdə, ruhumuzda olan sevginicismimizdə də ifadə etməyi bacarırıq. Əgər həmin o cəmi bir neçə cümləöncə söylədiyim böyük sevgi içimizdədisə, biz həsrəti də, vüsalı da, həttasevgimizin yolunu gözləməyi də o qədər duyğulu, o qədər nikbin qarşılayırıq ki,onu hər bir halımızla göstərməkdən məmnun oluruq. Bax elə qolda açan xına çiçəyikimi. Bunun özü də bir sevgi nümunəsidi. Kaş, o xına çiçəyi ürəkləri də birləşdirə bilsin, ürəklərdə də açsın. Ondasevgidən yazmaq, sevgidən danışmaq, lap açığını desəm, sevgini göstərmək heçkimi utandırmayacaq, heç kim bir sıxıntı yaşamayacaq. Axı, söhbət sevgidəngedir.

Mən hərdən öziçimin

Zindanına düşürəm

Əlimdəki qələmlə

Ürəyimi deşirəm!...

Üstümdəki göyçadır

Xəyalımdakıcıdır

Yanıramçıtır-çıtır-

Sönməmiş küleşirəm!..

Bəlkə məni haludub

Udduğunu unudub…

Kölgəmlə qurşaqtutub-

Özümlə güləşirəm!..

Hə, bunun özü dəsevgidən danışmağın, sevgidən yazmağın, mənə aid sevdalı olmağın bir əlamətidi. Deyəsən mənimürəyimdə sevginin xına çiçəyi öz işin görür. Siz də ürəyinizi xına çiçəyinədoğru istiqamətləndirin, qapını onun üzünə açın, peşman olmazsınız. Mənəinanın!


TƏQVİM / ARXİV