adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 May 2015 18:22
2336
MƏMLƏKƏT
A- A+

Koreyalı səfirdən Bərdə uşaqlarına hədiyyə

Cənubi Koreyanın Azərbaycandakı səfiri Çoi Suk bu gün Bərdə rayonuna səfər edib. 


Səfir Bərdə Rayon İcra Hakimiyyətində rəhbərliklə görüşdükdən sonra rayon ərazisində yeni salınmış məcburi köçkün şəhərciyində sakinlərlə və məktəblilərlə tanış olub. 
 

Səfərin əsas məqsədi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə məcburi köçkün uşaqlarla görüşməkdən ibarətdir.

 

Diplomat ölkəsinin tanınmış şirkətlərinin orada məskunlaşan uşaqlara göndərdiyi hədiyyələri sahiblərinə təqdim edib. 


Səfir Tərtər çayı boyunca uzanan bulvarı gəzib və ətrafdakı tarixi abidələri ziyarət edib.