adalet.az header logo
  • Bakı 18°C
29 May 2015 17:51
6400
ŞOU-BİZNES
A- A+

Maykl Ceksonun rançosu 100 milyona satılır

Mərhum amerikalı müğənni Maykl Ceksona məxsus "Neverlend” adlı ranço 100 milyon dollara satışa çıxarılıb. Bu barədə Wall Street Journal nəşri məlumat yayıb.

İnterfax informasiya agentliyinin xəbərinə görə, 2,7 min akr sahəsi olan mülk ABŞ-ın Kaliforniya ştatında, Santa-Barbara şəhərindən 64 kilometr məsafədə yerləşir. "Neverlend”in ərazisində 22 tikili, o cümlədən çoxmərtəbəli ev, dəmir yolu, basketbol meydançası, tennis kortu, 50 yerlik kinoteatr və səhnə var. Əvvəllər mülkdə fillərin və oranqutanqların yaşadığı attraksionlar parkı da fəaliyyət göstərib.

Maykl Cekson ranconu 1987-ci ildə 19,5 milyon dollara almış və orada 15 ildən çox yaşamışdı. Müğənni mülkünü 2008-ci ildə maliyyə çətinliyi ilə əlaqədar Colony Capital LLC kompaniyasının adına keçirməli olmuşdu.

Xatırladaq ki, bir çox mahnının müəllifi, rəqqas, filantrop və pop-musiqi tarixində ən uğurlu ifaçı sayılan amerikalı müğənni Maykl Cekson 25 dəfə "Ginnesin rekordlar kitabı”na düşüb. O, 2009-cu il iyunun 25-də 50 yaşında güclü təsirə malik dərmanların artıq dozasından həyatını itirib.