adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 May 2015 17:49
2037
SİYASƏT
A- A+

Finlandiyada Respublika Günü qeyd edilib

Finlandiya Azərbaycan Assosiasiyasının (FAA) təşkilatçılığı ilə 28 May - Respublika Günü Helsinkidə qeyd edilib. 


Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, "Caisa” Mədəniyyət Mərkəzində baş tutan bayram tədbirində Azərbaycan diasporunun təmsilçiləri ilə yanaşı, Türkiyə Respublikasının Finlandiyadakı səfiri Adnan Başağ və səfirliyin əməkdaşları, Finlandiyada fəaliyyət göstərən türk, çex, rus, ingilis, tatar və digər xalqların diaspor təşkilatlarının nümayəndələri, fin ictimaiyyətinin üzvləri iştirak edib.  

Cümhuriyyətin növbəti ildönümü Azərbaycan himinin sədaları ilə başlayıb, daha sonra Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay qonaqları salamlayıb və Azərbaycan Demokratik Respublikasının (ADR) yaranma tarixi haqda iştirakçılara məlumat verib.

ADR-in keçdiyi iki illik şərəfli tarix barədə qısa məlumatdan sonra A.Oqtay Azərbaycanın 70 il sonra yenidən öz müstəqilliyini bərpa etdiyini iştirakçıların diqqətinə çatdırıb və bugünkü müstəqil Azərbaycan Respublikasının inkişafından danışıb.

28 May - Respublika Gününə həsr olunan tədbirdə bu günlərdə Bakıda baş vermiş dəhşətli yanğında həyatını itirənlərin xatirəsi də anılıb.