adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 May 2015 17:35
1657
SİYASƏT
A- A+

Koreyanın Azərbaycandakı səfiri Bərdəyə səfər edib

Cənubi Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-in bu gün Bərdə rayonuna səfər edib. 

Adalet.az-ın Qarabağ müxbiri xəbər verir ki, səfir Bərdə Rayon İcra Hakimiyyətində rəhbərliklə görüşdükdən sonra rayon ərazisində yeni salınmış məcburi köçkün şəhərciyində sakinlərlə və məktəblilərlə tanış olub. 
 
Səfərin əsas məqsədi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə məcburi köçkün uşaqlarla görüşməkdən ibarətdir.
 
Diplomat ölkəsinin tanınmış şirkətlərinin orada məskunlaşan uşaqlara göndərdiyi hədiyyələri sahiblərinə təqdim edib. 

Səfir Tərtər çayı boyunca uzanan bulvarı gəzib və ətrafdakı tarixi abidələri ziyarət edib.