adalet.az header logo
  • Bakı 13°C
29 May 2015 17:27
3247
ƏDƏBİYYAT
A- A+

“Aydın yol” qəzetinin yeni nömrəsində...

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin həftəlik mətbu orqanı olan "Aydın yol” qəzetinin 20-ci nömrəsi çapdan çıxıb.

Tərcümə Mərkəzindən bildirilib ki, bu nömrədə sonuncu İran şahının sarayındakı intriqalardan bəhs edən "Bakılı Tacülmülükün xatirələri”, Paşa Əlioğlunun "XVII əsr Azərbaycan şairləri söz sənəti haqqında” məqaləsi, "Unudulmuş dəyərlər” rubrikasında Cəfər Cabbarlının "Kimdir cani – Şeyx Nəsrullah, yoxsa Kefli İsgəndər?” sərlövhəli unudulmaz yazısı dərc edilib.

Poeziya həvəskarları bu nömrədə Mahir Qarayevin tərcüməsində Rayner Maria Rilkenin şeirləri, habelə "Ədəbi gənclik” rubrikasında Aqşin Yeniseyin şeirləri ilə tanış ola bilərlər. İlqar Əlfinin təqdimatında "Hər suala bir cavab” ensiklopedik məlumatlar toplusu, "Prezidentlər nə oxuyur” adlı sosial araşdırma, Vladimir Mayakovskinin "Ölüm – bütün cəhdlərin sonuncusu” yazısı, Fereydun Tonkaboninin "Həyat” hekayəsi, həmçinin siyasət, mədəniyyət və ədəbiyyatla bağlı digər məlumatlar oxucular üçün maraqlı olacaq.