adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 May 2015 17:12
2066
MƏMLƏKƏT
A- A+

Nazirlikdən xəbərdarlıq

Təhsil Nazirliyində diplomların tanınması ilə əlaqədar sənədlərin qəbulu iyunun 15-dən dayandırılacaq. Təhsil Nazirliyindən verilən məlumata görə, sənədlərin qəbulu 15.06.2015-ci il tarixdən 01.09.2015-ci il tarixədək dayandırılacaq.

Bu müddət ərzində yalnız cari ilin iyul və oktyabr aylarında həqiqi hərbi xidmətdən tərxis olunan, dövlət proqramı çərçivəsində təhsil almaq üçün sənədlərini təqdim edən, eləcə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edən şəxslərin ərizələri qəbul olunacaq.