adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 May 2015 16:53
2058
SİYASƏT
A- A+

Daha 4 ölkə lideri Azərbaycan prezidentini təbrik edib

Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycanın dövlət başçısı İlham Əliyevi 28 May – Respublika Günü ilə münasibəti ilə təbrik edib.

Adalet.az-ın məlumatına görə, M. Ə. Qaninin məktubunda deyilir:

 

"Zati-aliləri, 28 May – Respublika Günü münasibətilə Sizə Əfqanıstan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Əminəm ki, Əfqanıstan ilə Azərbaycan arasında dərin tarixi, mədəni və qarşılıqlı maraqlara əsaslanan əlaqələr gələcəkdə bütün sahələrdə daha da möhkəmlənəcək və inkişaf edəcək.

 

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və müvəffəqiyyət, dost Azərbaycan xalqına isə tərəqqi arzu edirəm”.

 

İ. Əliyevi 28 May – Respublika Günü ilə əlaqədar həmçinin Bəhreyn kralı Həməd bin İsa Al-Xəlifə, Maldiv Respublikasının prezidenti Abdulla Yamin Abdul Qəyyum və Efiopiya Federativ Demokratik Respublikasının prezidenti Mulatu Teşome təbrik ediblər.