adalet.az header logo
  • Bakı 16°C
29 May 2015 16:40
4552
MƏDƏNİYYƏT
A- A+

Əbülfəs Qarayev Masud Sultanifarla görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xorvatiyanın Rovinj şəhərində keçirilən Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü sessiyası çərçivəsində İranın vitse-prezidenti, mədəni-irs, turizm və el işləri təşkilatının rəhbəri Masud Sultanifarla görüşüb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə İran-Azərbaycan əlaqələrində mədəni irs və turizm sahələrinin əhəmiyyəti müzakirə edilib. Görüş zamanı mədəni irs sahəsində oxşar elementlərin UNESCO-ya birgə təklif edilməsi və birgə turizm turlarının düzənlənməsi təklifi irəli sürülüb.

Ə. Qarayev turizm sahəsində anlaşma memorandumunun yaxın vaxtlarda imzalanması üçün İranın vitse-prezidentini Bakıya dəvət edib. Nazir qeyd edib ki, yaxın vaxtlarda İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi üçün hazırlıqlara başlanılacaq.