adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 May 2015 16:28
4166
DÜNYA
A- A+

Avropanın imkanlı və oxumuş qadınları İŞİD-ə qoşulur

Bu günə kimi 550 avropalı qadın İŞİD üzvləri ilə evlənmək üçün bu qruplaşmaya qoşulub. Adalet.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, aparılan araşdırmalardan təşkilata qoşulan qadınların əksəriyyətinin yaşının az olduğu məlum olub. 

Bundan əlavə, həmin qadınların imkanlı ailələrdən olduğu və yetərincə yaxşı təhsil aldıqları bildirilir.   Üstəlik, İŞİD-ə qoşulan qadınların əksəriyyəti ictimai fəaliyyəti olan tədqiqatçılardır.  

Araşdırma zamanı o da məlum olub ki, qadınların kütləvi şəkildə İŞİD-ə qoşulmasına səbəb "Cihad gəlini” olmaq arzusudur. Həm də bu qadınlar müsəlmanların zülmə uğradığına da inanır.