adalet.az header logo
  • Bakı 18°C
29 May 2015 16:27
7108
TEXNOLOGİYA
A- A+

Rabitə Nazirliyi mobil operatorlara xəbərdarlıq etdi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil operatorlardan son istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətini artırmağı tələb edib. Bunu rabitə və yüksək texnologiyaları naziri Əli Abbasov İlk Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında deyib. Onun sözlərinə görə, əks halda bu, mobil operatorların lisenziyasının etibarlılıq müddətinin uzadılmasına təsir edə bilər. GWS şirkətinin mütəxəssisi Roman Kilişek Azərbaycanın mobil operatorlarının (Azercell, Bakcell и Azerfon) səs və məlumatların ötürülməsi xidmətlərinin keyfiyyətini orta qiymətləndirib.