adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 May 2015 16:19
3070
DÜNYA
A- A+

Jirinovskidən qalmaqal yaradacaq təklif

Liberal Demokratik Partiyasının lideri, Rusiya Dövlət Dumasının millət vəkili Vladimir Jirinovski Rusiya ətrafındakı 13 dənizə əvvəlki adlarının geri qaytarılması təklifiylə çıxış edib. Jirinovski dənizlərin çoxsusunun adlarının siyasi məna daşıdığını və əcnəbi dillərdə olduğunu deyib: "Rusiya dünyanın ən böyük su sərhədlərinə sahib olması ilə fəxr edə bilər. Lakin ölkəmizi əhatə edən dənizlərin əksəriyyəti digər xalqların tarixi adları ilə adlandırılıb. Məsələn, vaxtilə Azov dənizi – Mavi, Barents dənizi – "Studyonoye” (Soyuq), Qara dəniz - Rus, Baltik dənizi - Varyajski, Berinq dənizi - Bobrov adını daşıyırdı. Dənzilərin adları sonradan qonşu ölkələrlə əlaqələrə görə, dəyişdirildi. Həmin su hövzələrinə əvvəlki adlarının qaytarılmasını təklif edirəm”.