adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 May 2015 16:21
3484
İDMAN
A- A+

Avropa Oyunları ilə bağlı Çağrı Mərkəzi fəaliyyətə başlayıb

I Avropa Oyunları ilə bağlı "2015 Çağrı Mərkəzi" fəaliyyətə başlayıb ki, bütün operatorlardan, həm sabit, həm də mobil operatorlardan bu nömrəyə zəng etmək pulsuzdur”.
 
Adalet.az xəbər verir ki, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyində I Avropa Oyunlarına hazırlığın vəziyyəti üzrə keçirilən iclas zamanı nazir müavini İltimas Məmmədov bildirib.
 
İ. Məmmədovun sözlərinə görə, hər bir şəxs bu nömrəyə zəng etməklə Avropa Oyunları ilə bağlı istənilən sualını ünvanlaya bilər. Nazir müavini optik kabellərin çəkilişi ilə bağlı məsələyə də aydınlıq gətirib.
 
"13 yarış məkanı, 13 təşkilati məkan əsas və alternativ istiqamətlərdən optik kabellərlə tam əhatə edilib. Bakı şəhərində "Aztelekom” İstehsalat Birliyinin optik kabellərin avtomatik monitorinqini həyata keçirən xüsusi qurğular quraşdırılıb ki, onlar da şəbəkənin vəziyyətinə, optik kabellərin vəziyyətinə avtomatik nəzarət edəcək. Hər hansı düşmələr, qırılmalar müəyyən edilərsə alternativ istiqamətlərdən rabitə yönəldilərək, qırılmanın aradan qaldırılması üçün xüsusi xəbərdarlıqlar göndəriləcək. Bu da müəyyən olunmuş yerdə xidmətin bərpa olunmasına şərait yaradacaq”, - deyə İ. Məmmədov əlavə edib.
 
Nazir müavininin sözlərinə görə, mobil rabitə sistemi daxili şəbəkələrdə quraşdırılması üçün "Azercell” tərəfindən Olimpiya stadionu və Milli Gimnastika Arenasında, "Bakcell” şirkəti tərəfindən isə Su İdman Mərkəzinə və Heydər Əliyev adına idman arenasında daxili şəbəkələr quraşdırılıb və digər şəbəkələrin də bura qoşulması təmin edilib.