adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 May 2015 16:12
2558
SİYASƏT
A- A+

Rafael Hüseynov AŞPA Komitəsinin iclasında iştirak edəcək

Azərbaycan Milli Məclisinin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynov qurumun Mədəniyyət, elm, təhsil və media Komitəsinin iclasında iştirak etmək üçün iyunun 1-dən Fransanın paytaxtı Parisdə ikigünlük səfərdə olacaq. MM-in mətbuat xidmətindən verilən xəbərə görə, iclasa AŞPA-nın sədri Ann Brasör də qatılacaq.
 
R. Hüseynov "Demokratik cəmiyyətlərdə dini azadlıqlar və birgəyaşayış” mövzusunda məruzəsi təqdim edəcək. 
 
Digər məruzələrdə kiber terrorizmə və internet üzərindən hücumlara qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi zərurətinə toxunulacaq, rəqəmsal əsrdə intellektual mülkiyyətin qorunmasına xüsusi diqqət yetiriləcək. Media məsuliyyəti və etikası, ölkələrindən kənarda yaşayan icmaların təhsil və mədəni şəbəkələri, mədəniyyət və demokratiya məsələləri gündəmdə olacaq. Antidopinq siyasəti yenidən nəzərdən keçiriləcək. İnsanlar arasında bərabərliyə və inteqrasiyaya nail olmaq üçün idmandan sosial cəlbedilmə körpüsü kimi istifadə edilməsinə baxılacaq. 
 
Məruzələr ətrafında fikir mübadiləsindən sonra bir sıra təşkilati məsələlərə baxılacaq.