adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 May 2015 15:58
2947
MƏMLƏKƏT
A- A+

Novruz Aslanov İsmayıllıda sürüşmə ərazisinə baş çəkib

Mayın 28-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonunun Xənkəndi kəndində sürüşməyə məruz qalmış yaşayış evlərinə və zərərçəkmiş ailələrə baş çəkib. 

Deputatın qərargahından Adalet.az-a verilən məlumata görə, sürüşmə nəticəsində qəzalı vəziyyətə düşmüş evin sakinləri Novruz Aslanov tərəfindən müvafiq çadırlarla və lazımi məişət əşyaları ilə təmin olunublar. Eyni zamanda millət vəkili Xənkəndin sakinlərini qəbul edib və onların problemləri ilə maraqlanıb. Sakinlər əsasən kənddə elektrik dirəklərinin yenisi ilə əvəz olunması barədə deputata müraciət ediblər.

Sonra Novruz Aslanov İsmayıllı rayonunun Sulut kəndində sakinləri qəbul edib. Sakinlərin müraciətləri əsasən sosial yönümlü məsələlərlə bağlı olub.