adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 May 2015 21:48
1969
MƏMLƏKƏT
A- A+

Cəbhə bölgəsində bayram tədbiri

Quzanlı qəsəbəsindəki Ağdam Dövlət Dram Teatrında 28 May - Respublika Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun həyata keçirdiyi tədbirlərdən, dövlətçilik tariximizdə rolundan danışıb. Bildirib ki, müsəlman Şərqində ilk demokratik respublikanın yaranması XIX əsrin sonu və XX əsrin əvvəlindəki ictimai-siyasi proseslərin, Azərbaycan xalqının milli özünüdərkinin, oyanışının məntiqi nəticəsi idi. Bu respublika cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi.
 
Diqqətə çatdırılıb ki, 1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini qanlar bahasına bərpa etdi, cümhuriyyətin dövlətçilik ənənələtini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. XX əsrin sonunda yenidən dövlət müstəqilliyini bərpa edən Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində bütün maneələri dəf edib və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub.
 
Tədbir "Şur” xalq çalğı alətləri ansamblının ifasında konsert proqramı ilə yekunlaşıb.