adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 May 2015 15:47
3055
DÜNYA
A- A+

Prezident bir gündə 10 qəzeti bağlatdı

Sudan prezidenti Ömər əl Bəşir bir gündə ölkəsindəki 10 qəzetin qapadılmasına göstəriş verib.

Qapadılan mətbuat orqanlarının rəhbərləri bildiriblər ki, bu xəbəri onlara qəzetləri çapa gedərkən veriblər. Qəzet redaksiyalarına dövlət başçısının bu barədə təlimat verdiyi bildirilsə də, səbəb açıqlanmayıb.

KİV rəhbərləri ehtimal edirlər ki, qapadılma qərarına bu günlərdə Ömər əl Bəşirin yaxın adamına məxsus orta məktəbdə şagirdlərin cinsi istismara məruz qalması barədə xəbər səbəb olub. Çünki qapadılanlar məhz bu xəbəri tirajlayan qəzetlərdir.