adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 May 2015 15:27
5560
KRİMİNAL
A- A+

Gəncə şəhər sakini bıçaqlanıb

Gəncə şəhərində bıçaqlanma faktı qeydə alınıb.

Ötən gün Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Caməllədin Həsənov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. 30 yaşlı C. Həsənovun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.