adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 May 2015 13:04
2199
SİYASƏT
A- A+

Oğlumun kredit borcu yoxdur- Deputat

Milli Məclisin deputatı Fərhad Qəribov oğlu Elnur Qəribovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması xəbərinə  münasibət bildirib.

Lent.az-a açıqlama verən millət vəkili bildirib ki, oğlunun Beynəlxalq Banka heç bir kredit borcu yoxdur: " 7 il əvvəl oğlum Cahangir Hacıyevlə şərik iş qurmuşdu. Lakin bu iş alınmadı. Oğlumun ona heç bir borcu da olmayıb”.  

F.Qəribov əlavə edib ki, Elnur Qəribovun saxlanması xəbəri həqiqəti əks etdirmir: "Bunlar hamısı yalan söhbətlərdir, ola bilər çağırıb nə isə soruşublar, amma buna don geyindirmək, bəzəyib ictimaiyyətə çatdırmaq doğru deyil. Oğlum hal-hazırda evdədir, yatır”.