adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 May 2015 13:04
1771
SİYASƏT
A- A+

“Dövlətimizin ad günü”

Millət vəkili Zahid Oruc 28 may Respublika Günü münasibəti ilə təbrik yazıb. Facebook sosial şəbəkəsində "Dövlətimizin ad günü” başlığı ilə verilən təbrikdə deyilir: "Təvəllüd tarixi təkcə fərdlərə aid deyil.Millətlərin bətnindən doğulan varlıqların da həyatında əlamətdar günlər mövcuddur.Doğrudur,müstəqil Azərbaycanın təqvimi elə yüklüdür ki,orda qırmızı və qara rənglərin dəqiq harmoniyasını tapmaq elə də asan deyil.Lakin bütün məhrumiyyətlərə baxmayaraq,milli iradəni vahid bir orqanizmdə-dövlətdə birləşdirmək mümkün olub.Siyasi və sosial statusundan asılı olmadan, hər kəsin hesablaşacağı fakt budur”. Z.Oruc qeyd edib ki,  Cümhuriyyət məfkurəsi azadlığı tərənnüm edir,xalqın özgüvənini artırır və hər bir fərdin potensialını üzə çıxarmağa şərait yaradır.İndi keçmiş sovet nəslinin tarixdəki yerinə də,xanlıqlar dövrünə də ayıq nəzərlərlə baxmaq, ibrətamiz nəticələr çıxarmaq imkanındayıq.28 may istiqlalını ərsəyə gətirənlərə, müasir Azərbaycan dövlətinin qurucusuna- müstəqlilliyin təkcə bəyənnamə və aktlardan ibarət olmadığını dünyaya nümayiş etdirən böyük Liderimizin ruhuna ən yüksək hörmət və ehtirammızı göstərmək də bizim insanlıq borcumuzdur.Dəyərlər hər kəsə layiqli qiymət verməkdən başlanır!

Millət vəkili onu da qeyd edib ki, Rəşadətli sovet şairi kimi dünyaya milli pasportunu təqdim edərək "biz varıq” deyə bilməyin fərəhini sizcə hansı hislərlə ifadə etmək olar? Hamınızı qanadları üstünə alan müstəqilliyin istənilən daxili sarsıntıya,fəlakət və işğala sonda qalib gələcəyinə ürəkdən inanın: "Bəli,millətlər şəxsiyyət vəsiqələrini qanlı mübariziələrdə qazanırlar.Azadlıq təkcə xiyabanlar deyil,həm də uğur və qələbə səlnamələri yazan milyonlarla insan deməkdir Ad günü mübarək olsun,dövlətimizin!Min yaşasın!”