adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 May 2015 12:10
2100
SİYASƏT
A- A+

Ceyms Uorlik Azərbaycan xalqını təbrik edib

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib. Adalet.az-ın məlumatına görə, C. Uorlik bu barədə "Twitter" səhifəsində yazıb: "Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm".

Amerikalı həmsədr yazıb ki, ABŞ-da Respublika Gününə həsr edilmiş tədbirdə iştirak etmək onun üçün xoş olub. O, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova tədbirə dəvətə görə təşəkkür edib.