adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 May 2015 12:03
1430
HADİSƏ
A- A+

Sabirabadda canavar qoyun sürüsünü məhv etdi

Sabirabad rayonunda canavarlar qoyun sürüsünə hücum edib. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə rayonunun Əsgərbəyli kəndində qeydə alınıb. Kənd sakini Soltanov Soltan Rəşid oğluna məxsus 9 qoyun tələf olub, 9 qoyun isə yaralanıb.

Rayon Baytarlıq İdarəsindən verilən məlumata görə, hadisə yerinə baytar həkimləri cəlb edilib. Quduzluqla bağlı müayinə üçün qan və ət nümunələri götürülüb. Ölmüş heyvanlar təlimata uyğun olaraq məhv ediləcək.