adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 May 2015 01:50
9150
ƏDƏBİYYAT
A- A+

SƏNƏ DEYƏCƏKLƏRİM

Afaq bacım səni özündən qabaq şeirlərini tanımışam. Ele hey səsin gəlir qulağıma. O səs ki, onda həsrət, misgin, qəriblik duymuşam:

Bir daş altda, bir daş üstə,
Üyünən dənə dönürəm.
Yaralıyam, bir ahəstə
Sədaya, ünə dönürəm.

Yazı yazan yazıb düzüb,
Qədəhimə kədər süzüb.
Qürbət məni yaman üzüb;
Qayıdıb yenə dönürəm.

O səs ki, onda dosta sədaqət edibar görmüşəm. Heç kəsi unutmayıb o səs...o səs ki, özündən əvvəl gəlib istədiklərinin xoş gününə. Məhrum Adil Mirseyidi hamımız ağladıq, hamımız yandıq. Amma sənin yanğın, şeirində daha fərqli özünə məxsus idi:

...Bir səs gəldi,
Bir ürəyə
"dayan" dedi, bir kərə!
Neçə misra
Gözlərini
Yumdu kitab-dəftərə...

Qələm sındı,
Kəlam dostu
Tutdu ömür orucu...
Gedən kimdi,
Ağlayan kim?
əcəl daşdı! -nə borcu!...

izdihamın yoxdu sonu,
sözlər verib əl-ələ;
bu gün şair yol üstədi,
köç edir son mənzilə...

sən dostcanlısan, vefalısan. Bakıya gələndə bütün dostlarınla görüşürsən, dərdləşirsən. Ulduz jurnalına baş çəkirsən. Şair Qulu Ağsəsə yazdığın şeiri xatırladım:

mən onu özümə bənzətdim,
eynəyindən, qaşlarınınn düyünündən...
sözünü sözümə bənzətdim,
nisgilindən, sətirlərin küskünlüyündən...
düşündüm,
bu dünyada mənə oxşar kimsə varmış,
O -kişi, mən -qadın olsaq da!
O, vətəndə Qarabağsız,
Mən qürbətdə Vətənsiz qalsaq da!
Xəyalpərəstik:
Mən də,
O da.

Gözəl bir kəlmə üçün özümüzü atarıq oda.

Nəsimitək dərimiz soyulsa da,
Deyərik sözün düzünü!
Tək bir fərqimiz var:
Mən qəriblikdə donaraq yaşayıram,
O isə "üşüsə yandırar özünü"...

Onsuzda şairlər hamısı üşüyür. Afaq xanım Xəyal Rza gözəl şairdi, işıqlı insandır. "Yoxdu" adlı şeirində elə bil Xəyalın işıqlı portiretini yaratmısan:

Mən səni çox gördüm gülüb-danışan,
Nədən, gözlərinin güldüyü yoxdu?
Nə çoxdu dövrəndə yanıb-alışan...
Dərdindən kimsənin öldüyü yoxdu?

Ilhamın çağlayan selə bənzəyir,
Ürəyin bir ipək telə bənzəyir.
Qismətin ən zərif gülə bənzəyir,
Səadət bağına gəldiyi yoxdu?

Afaq yaxşı nilir sözün düzü nə...
Sən-sən ol, toz qonmaz, inan. Izinə!
Həyat birdən-birə gülər üzünə,
Qisməti kimsənin bildiyi yoxdu!

Afaq, sənində balanda Nilüfər istedadlı qələm sahibidir. Onu niyə qoydun şair olmağa, Afaq? Azmı çəkmişdin bu dünyanın dərdi sərini. Işıqlı dünyadan gen gəzmək, ömrünü kağıza-qələmə bağışlamaq azmıydı. Ehh...nə deyim Allah verən qismətdir. Allahın işinə qarşmayım. Sən bizdən uzaqdasan, sənə vətən bacım elə-belə deməmişəm. Çünki vətəni hər yerdə təmsil edirsən:

Istmir qəlbimi bu od-ocaqda
Hələ üşüyürəm dəmir qucaqda
Çoxdan aparardı o sam ayaqda
Ölümcül olanı ölümdə sevmir.

-deyən Elman Tovuzun Moskvada yaradıcılıq gecəsini keçirtdin. Bir ürəyi bu qədər sevindirmək ancaq sənin qəlbinə yaraşar, bu ürək hamıda olmur. Afaq hərdən özünü də itirsən, gəl məni axtaraq deyirsən:

Gəl birgə, dünəndən, bu gündən keçib
Işıqlı səhərə çıxaraq məni!
Hardasa itmişəm, tapa bilmirəm,
Mənə kömək elə, axtaraq məni!

Yayın istisində, payızın həsrətində, qışın sazağında, yazın gəlişində özünü görmürsənmi bacım? Kənardan tamaşaçıya hər şey aydın görünür. Biz səni aydın görürük Afaq, şeirlərin ünvanını dəqiq deyir. Yadındamı bacım mənə bir bağlama yollamışdın. O, bağlamanın içində bir yaylıq da vardı. Şimal diyarda yaşasanda oranın qürbət çiçəklərinin istilik rəmzi kimi, gəmişdi o yaylıq mənə. Xüsusi ilə də xanımların yurd həsrəti. Doğmalarına can atımı o yaylığa hopdurmuşdu sanki. Ilk dəfə o yaylığı görəndə çaşmışdım...adətən burdan gedenlarimiz aparır vətən yaylıqlarını. Ordan gələn yaylıq ordakı qadınlarımızın pak və ismət rəmzi kimi gəlmişdi sanki.
O yaylıq...hə..o yaylıq xəyalən haraları görmədiki...çox qəribədir...çox vaxt xəyallarımız həqiqətə dönənmir...amma xəyalən sonra isə realdır o yaylıq mənim çiynimdə Təbrizi dolaşdı...qonaq olduğum məclislərdə sözə döndü, şeirə döndü...vətənin isti nəfəsi kimi on illiklərin acısını ağrısını yaşayanların ciyərinə çəkildi...Düşündüm ki, yaylıq təkcə baş örtüsü deyildir...Şimaldan gəldi burdan isə Cənuba üz tutdu... sağ və sol ələ dönüb həsrətdən saralmış yolları salamladı...hələ bir dəfə də bir yerdə Kəlbəcərdən köçkün düşmüş bir ananın çiyninə atdım o yaylığı ki, üşüməsin...Kəlbəcərin həsrəti üşüdülənləri qalın geyim yox bəlkədə bu rəmzi örpəyin təcəssüm etdirdiyi doğmalıq ilıq münasibət isidə bilər deyə düşünmüşdüm... amma o köçkün ana əvvəl dərindəb bir ah çəkdi...sonra sakitçə məni incitmədən yaylığı çiynindən götürüb mənim çiynimə atdı... nə desə yaxşıdı: "qızım sağlıq olsun Kəlbəcərə gələrsiz mən sizə özüm-öz əlimlə yaylıqlarımdan birini verərəm..inanıram ki, o gün gələcək..Allah arzularımızı çin eləsin..necə deyərlər bizi göyərtsin, göynətməsin... elə bu arzuların qanadında yenə xəyal məni apardı sehrli xalçaya dönən o yaylıq".
Afaq sənə deyəcəklərim çoxdur. Ürəyim doludur. Amma deyəcəklərimin çoxunu "Sənə demədiklərim"lə bölüşəcəyəm.
Görüşənədək Vətən bacım!..