adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 May 2015 11:46
2909
İDMAN
A- A+

FİFA-da 10 milyardlıq rüşvət qalmaqalı

FİFA funksionerləri 19 il ərzində 10 milyard dollardan çox rüşvət alıblar. Xarici KİV-lər bildirir ki, bu sözləri ABŞ-ın baş prokuroru Loretta Linç deyib. L.Linç qeyd edib ki, uzun sürən istintaqdan sonra FİFA-nın bir sıra yüksək vəzifəli şəxsləri Sürixdə həbs ediliblər. Onun sözlərinə görə, həmin şəxslər, həmçinin çirkli pulların yuyulmasında, dələduzluqda ittiham edilirlər.
 
ABŞ-ın baş prokuroru deyib: "Bu şəxslər futbol oyunlarının ədalətli keçirilməsində məsuliyyətli idilər. Əvəzində isə onlar vəzifələrindən zənginləşmək üçün istifadə ediblər”.