adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 May 2015 11:36
4952
ELM VƏ TƏHSİL
A- A+

Məzunların sayı açıqlandı

Təhsil Nazirliyi 2014-2015-ci tədris ilində ölkəmizin ümumi təhsil müəssisələrini bitirən şagirdlərin sayını açıqlayıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, ölkənin ümumi təhsil müəssisələrinin IX siniflərini 111 839, XI siniflərini 90 557 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 nəfər şagird bitirəcək.

Ötən tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərindən 118 206, XI siniflərindən 86 797, qiyabi və axşam məktəblərinin XII siniflərindən isə 754 şagird məzun olub.