adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 May 2015 11:26
2045
DÜNYA
A- A+

13 ton narkotik maddə müsadirə edildi

Paraqvayda hüquq-mühafizə orqanlarının əməkdaşları Uruqvayın paytaxtı Montevideo şəhərinə yollanan gəmidən 13 ton marixuana müsadirə ediblər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, müsadirə olunan narkotik maddələrin qiyməti 10 milyon dollar təşkil edir.

Əməliyyatın həyata keçirildiyi zamanı gəminin 53 yaşlı kapitanı tapançadan özünə atəş açaraq intihar edib. Gəmi heyətindən 9 nəfər saxlanılıb.

Qeyd edək ki, Paraqvay Cənubi Amerikada ən iri marixuana istehsalçısı sayılır.