adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
27 May 2015 21:31
2016
GÜNDƏM
A- A+

Şəhid əsgərimizin medalı ailəsinə verilib

Düşmənin həmləsini dəf edərkən qəhrəmancasına həlak olan Azərbaycan ordusunun əsgəri Zəlimxan Cavadovun ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal onun ailəsinə təqdim olunub.

 

Bununla əlaqədar mayın 27-də Qobustan rayon İcra Hakimiyyətində mərasim keçirilib. Əvvəlcə şəhidin məzarı ziyarət edilib. Müdafiə Nazirliyindən, "N” saylı hərbi hissədən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsindən, rayon İcra Hakimiyyətindən, idarə və təşkilatlardan nümayəndələrin iştirak etdiyi mərasimdə medal şəhidin atasına təqdim olunub.

 

Tədbirdə Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani, Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış ediblər.

 

Bildirilib ki, ötən ilin iyununda Qobustan rayonundan hərbi xidmətə çağırılan Ərəbşalbaş kənd sakini, 1996-cı il təvəllüdlü Cavadov Zəlimxan Eybalı oğlu bu il fevralın 21-də Ağdam istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Zəlimxan kimi qəhrəman oğullarımızın qisasının alınacağı vurğulanıb.