adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 May 2015 20:50
1976
SİYASƏT
A- A+

İsveçrə prezidenti İlham Əliyevi təbrik edib

İsveçrə Konfederasiyasının prezidenti Simonetta Sommaruqa Azərbaycanın dövlət başçısı İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib. Adalet.az-ın "AzərTAc”-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:

 

"Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizi İsveçrə Federal Şurası adından təbrik edir, Azərbaycan xalqına rifah və ölkənizə tərəqqi arzulayıram. Əminəm ki, qarşıdan gələn ildə də ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı davam edəcək”.