adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

TEZ-TEZ GÖRÜŞMƏSƏK DƏ…

ƏBÜLFƏT MƏDƏTOĞLU
62175 | 2015-05-27 18:12

Onda dünyanındurumu da başqa idi, rəngi də, elə havası da. Çünki hava bir yerdən sifarişverilir, biz bir yerə boylanır və beləcə hamımız bir-birimizin cərgəsini,yerini gözləyə-gözləyə yaşayırdıq. Və elə bilirdik ki, dünyanın işləri bax eləbu axınla da axıb gedəcək. Ağlımıza da gəlmirdi ki, bu axının səmti dəyişə bilər,qarşısına bənd, bərə də atmaq olar...…

Bəli, biz həmino dünyanın nəbzinə uyğun bir şəkildə qurmuşuq həyatımızı. Birimiz oxuyur, birimizişləyir, başqa birimiz də həmin o oxuyanın, işləyənin kölgəsində daldalanırdıq.Doğrudur, o dünyanın qanunları çox sərt idi. İşləməyəni cəzalandırırdı, işləməyəniantipot adlandırırdı, işləməyəni tüfeyli sayırdı. Ona görə də bəziləri yalandanda olsa adını hansısa bir ünvanda fəhlə kimi, gözətçi kimi qeydiyyatdan keçiribözünü sığortalayırdı. Bunun özü də bir qəribəlik idi. Adın siyahıda olurdu,maaş cədvəlinə qol çəkib məbləğin çox böyük hissəsini sənə həmin o şəraitiyaradana bağışlayırdın. Amma...…

Bəli, bu məqamdayadıma bir əmma da düşür. Elə bir əmmaki, onu deməsəm, yazmasam günah olar. Deməli, universitet təhsilini baş vurub ovaxtkı Stepanakertə, qədim və bugünküXankəndinə təyinatla göndərildim. Amma orda bildirdilər ki, boş yer yoxdu. Biraya yaxın, bəlkə də bir az artıq işsiz qalmağa məcbur oldum. Sonra isəsayılıb-seçilən hörmətli insanların köməyi ilə Füzuli rayonundakı"Araz" qəzetinə işə düzəldim. Özü dəyarımştat bir işə. Aldığım maaş cəmi-cümlətani 35 rubl idi. Bu,korrektor köməkçisi vəzifəsi kimi bir şey idi. Amma buna baxmayaraq, çoxsevindim. Çünki ailəli bir adamın işsiz qalmasının nə demək olduğunu yəqin ki,hər kəs bilir. Bilməyənlər də istəsələr bilənlərdən soruşub öyrənə bilərlər. Nəisə...…

Hə, özüm Tuğ kəndindəyaşayırdım, iş yerim Füzuli şəhərinin mərkəzində. Kəndlə şəhərin arası 17kilometrlik bir məsafə idi. O vaxtlar indiki qəzetçilikdən fərqli olaraq işin dəsaatı var idi. Yəni indiki kimi nə vaxt istəsən işə gələ bilməzdin. İş saat 8-dəbaşlayırdı. Ona görə də mən kənddən rayona gələn və daha dəqiq desəm, ən tezyola çıxan maşınlardan birinə atlanmaq üçün evdən saat 6-da çıxırdım. Hansımodeldə, hansı formada olmasından asılı olmayaraq, o maşınlardan birinin yabanında, ya sürücünün yanında, ya avtobusda özümü çatdırırdım iş yerinə. Hərdənolurdu ki, bir saat və yaxud 40 dəqiqə işə tez gəlib çatırdım. Ona görə də işbaşlayana qədər rayon mərkəzindəki mədəniyyət evinin qarşısındakı parkda gəzişirdimvə yaxud da redaksiyanın yerləşdiyi küçəni aşağı-yuxarı ölçürdüm. Məhz o küçəniölçdüyüm zamanlarda o, qarşıma çıxdı. Baxıb gördüm ki, redaksiya ilə üzbəüzolan o vaxtkı maarif şöbəsinin girişininönündə də bir cavan oğlan gəzişir. Öncə uzaqdan bir-birimizlə salamlaşdıq...uzaqdan bir-birimizlə xoş ünsiyyət yaratdıq... sonda bu ünsiyyət bizibir-birimizə yaxınlaşdırdı. Ən sevilən filmlərimizdən biri olan "Əhmədharadadır?" filmində bir səhnə var, onu gözünüzün önünə gətirin -qonşuların arasındakı çəpəri. Bax, bizim üzbəüz binanı bir-birindən ayıran həmino küçə bir növü həmin o çəpərə bənzəyirdi. Və biz həmin o küçəni günlərinbirində obrazlı desəm, ortadan qaldırdıq. İkimiz də bir-birimizə tərəf addımatdıq. Bu da səbəbsiz deyildi...…

Bəli, bir günredaksiyanın tapşırığı ilə maarif şöbəsinə getməli oldum. Həmin illərdə Füzulirayon maarif şöbəsinin müdiri çox ağsaqqal, dünyagörmüş, sayılıb-seçilən birkişi idi. Hamı ona Hüseyn müəllim deyə müraciət edirdi. Yerişi, duruşu, baxışı,hətta sifətindəki mülayimlik qarışıq bir sərtlik o adamın oddan-alovdankeçdiyindən xəbər verirdi. Mən rayondayaşadığım, işlədiyim müddətdə bu insanın həmişə uca tutulduğunun, məclis-mərəkədəxüsusi ehtiramla qarşılandığının və o vaxtkı raykomda sözü kəsərli, nüfuzli birinsan kimi sayıldığının şahidi olmuşam. Ona görə də Hüseyn müəllimlə görüşmək, onunfikirlərini öyrənmək mənim üçün çox maraqlı idi. Və mən də redaktoruntapşırığını həvəslə yerinə yetirib necə deyərlər, iki addımlıqdakı maarif şöbəsinəbir göz qırpımında özümü çatdırdım. Katibənin icazəsi ilə Hüseyn müəllimin işotağına daxil oldum və bu otaqda səhərlərsalamlaşdığım cavan oğlanı da gördüm. Uzaqdan-uzağa salamlaşdığımız həminoğlanı, yəni Hafiz müəllimi mənə Hüseyn müəllim istinad verdi:

- Tanış ol. Bu,Hafiz müəllimdi. Gənc və perspektivli kadrdı. İşgüzarlığı, savadı çox xoşuma gəldiyindənonu şöbəyə işə gətirmişəm.

Bəli, biz Hafizmüəllimlə ilk dəfə belə bir şəraitdə bir-birimizin əlini sıxdıq. Yaxşı deyiblərki, ağsaqqal xeyir-duası ilə, ağsaqqal məsləhəti ilə, ağsaqqal təqdimatı iləgerçəkləşən istənilən iş mütləq uğura aparır, uğurla nəticələnir. İllər ötdükcəmən bunu Hafiz müəllimlə olan münasibətimdə bir daha hiss etdim. Gördüm ki, məhzHüseyn müəllimin təqdimatı ilə başlanan tanışlıq necə doğmalığa, dostluğaçevrilə bilibdi. Özü də təkcə biz fərdlərin deyil, həm də bizim ailələrin,bizim ətrafımızın yaxınlaşması ikimizin münasibətindən qidalanıbdı.


Bütün qaçqın vəköçkünlər kimi mənim də, elə Hafiz müəllimin də həyatında kifayət qədər ağır,problemli, qayğılı məqamlar var. Mən Hafiz müəllimlə yaxınlaşmağa, doğmalaşmağabaşlayanda anladım ki, bu həyat dəyirmanı bizim ikimizi də sınaqlardan keçirir,bizim ikimizi də sabahkı günlərin zərbələrinə, təpkilərinə qarşı daxiləncilalayır, bülövləyir. Öncə mən bunu alın yazımın bir dilxoşluğu, birşıltaqlığı kimi qəbul elədim. Amma gördüm ki, yox, bizim, eləcə də o illərininsanlarının taleyinə müharibə yazılıb, müharibə düşüb. Həmin müharibəyə qədərisə biz artıq səhərlər, eləcə də digər vaxtlarda görüşəndə daha yaxından hal-əhvaltutur, baş verən müxtəlif hadisələrə, mətbuatdan oxuduğumuz müxtəlif elmi-bədiiyazılara münasibət bildirmək, onlarıbirlikdə araşdırmaq, təhlil etmək bizimüçün adi normalara çevrilirdi. Yəni biz artıqbir qəzetçi, bir maarif təmsilçisi kimi günün özünə, günün sözünəanlayışla yanaşıb öz prizmamızdan baxıb, qiymət vermək haqqını əldə etmişik.Ona görə də rahatlıqla, yəni içimizin dediklərini, pıçıldadıqlarını bir-birmizdəngizləmədən, ütüləyib çərçivəyə salmadan bölüşür və şəxsən mən hər dəfə də Hafizmüəllimin böyük mütaliəsindən nələrsə öyrənirdim. Çünki o, ali təhsilli və özüdə rus dili üzrə ali təhsilli mükəmməl bir pedaqoq, həm də rus dilinin bütünçalarlarına əli çata bilən bir ziyalı idi. Moskvada və digər böyük şəhərlərdərus dilində nəşr olunan ən sanballı kitab və jurnallara abunə olan Hafiz müəllimsöhbətlərimiz zamanı həmin o yeniliklərlə məni də tanış edirdi. Məndə də həvəsyaradırdı ki, o kitab və jurnalları arayıb, axtarıb tapım. Təbii ki, dünyanın ən halal, ən dayanıqlı məfhumlarından,özü də madiyyəti üstələyən məfhumlarından biri, bəlkə də birincisi, sözdü,kitabdı, yazıdı. Bax, Hafiz müəllimin sözə, kitaba sevgisi onu mənim içdünyamın adamına çevirmişdi. Və bu çevrilmə prosesi heç bir sifarişsiz, heç birasılacaqsız, özü öz sürətilə, özü öz çalarları ilə baş verirdi...…

Füzulininişğalından sonra biz müəyyən bir zaman kəsiyində pərən-pərən düşdük. Doğrudur,hələ hadisələrin ilk günündən mən artıq rayon qəzetindən ayrılıb paytaxt mətbuatındaQarabağ üzrə bölgə müxbiri kimi işləyirdim. Onda da biz Hafiz müəllimləgörüşürdük, çay süfrəsi arxasında fikirlərimizi, baş verən hadisələribölüşürdük. Bu prosesin hara gedib çıxacağını təxmin etməyə çalışırdıq. Ancaqqaçqınlıq dövründə bizim görüşlərimiz say etibarı ilə azalsa da, kəmiyyətetibarı ilə daha da məzmunlu və sanballı oldu. Çünki həyat bizi içərisinəatdığı problemin ağırlıqları altında sıxıb saxlaya bilmədi. Biz öz gücümüzə,bir-birimizin gücünə bu sıxıntıları aşmağa, onun içərisindən çıxmağa çalışdıq vəbunu da bacardıq. Artıq Hafiz müəllimin özünün də mətbuatdakı yazıları, həmçininmüsahibələri, eləcə də mənim barəmdə TRT-Avaz studiyasının hazırladığı verilişdəsöylədikləri, nəhayət, mənim kitablarımla bağlı telefon zənglərində, üzbəüzgörüşlərdə dedikləri bir daha məni inandırdı ki, ürəyim səhv etməyib, ürəyimyanılmayıb. Bu ürək bir işığın, bir ziyanın, bir ziyalının üzünə qapısınıaçıbdı. Təsəvvür edin ki, mənim üçün doğma olan insanların, xüsusilə VahidƏlifoğlunun yaradıcılığı, şəxsiyyəti Hafiz müəllim üçün önəmli olduğuna görə, mənonu daha çox sevməyə, daha çox özümə doğma hesab etməyə könüllü şəkildə başlamışdım. YəniHafiz Tahirov həm də mənim bir çox dostlarımın dostu idi...…

Bir dəfə tələbədostlarımla Hafiz müəllimi görüşdürdüm. Hansısa bir səbəb üzündən tələbə dostumailəmin, özümün güvənc yeri olan Firudin və Vaqiflə Beyləqana getmişdik. Ordan Horadiz qəsəbəsinəüz tutduq. Əhmədbəyli dörd yolunda Hafiz müəllimlə qarşılaşdıq. Yanındakıdostların kimliyini biləndə israrla bildirdi ki, burdan bir kənara getdi yoxdu.Dostlarınla birlikdə mənim qonağımsınız. Bizhəqiqətən onun qonağı olduq. İlk baxışda bu bir ziyalı, bir insanmövqeyidi, münasibətidi. Amma süfrə arxasındakı məzmunlu söhbət mənim tələbəyoldaşlarımın yaddaşına Hafiz müəllimin adını yazdı. İndinin özündə də söz sözüçəkəndə, Füzulidən, Horadizdən danışanda onlar mütləq Hafiz müəllimisoruşurlar. Deməli, bu, bayaq dediyim dostumun və yaxud dostlarımın dostununbir-birinə ünsiyyətindən, bir-birinə olan diqqətindən xəbər verir. Zənnimcə,bütün bunların hamısı mənim tale yazım idi. Bu, Allahın mənə hədiyyəsidi. Özü dədəyərli dostlar hədiyyəsi!

Bəli, mən Hafizmüəllimin həyatımdakı yerinin çox kiçik bir hissəsini, necə deyərlər, bir gözqırpımını kağıza köçürdüm. Ancaq ürəyimə bələd olanlar, ürəyimdə olanlar və mənimiç dünyama hökmü keçən hər kəs bilir ki, hər gün və yaxud ayda, ildə bir dəfəgörüşmək dostluğun göstəricisi deyil. Mənə görə dostluğun göstəricisi, ümumiyyətləisə iç dünyamda olanın kimliyinin göstəricisi onun yaddaşında və həyatındakıyeridi, xatırlanmasıdı. Mən Hafiz müəllimi demək olar ki, hər gün xatırlayıram,hər gün düşünürəm. Çünki onun iç dünyamdakı yeri özəldi və onun özünündü.

ƏbülfətMƏDƏTOĞLU


TƏQVİM / ARXİV