adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
27 May 2015 17:42
1594
GÜNDƏM
A- A+

Mətbuat Şurası Türk Dünyası Jurnalistləri Federasiyasının mükafatına layiq görülüb

Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərində Türk Dünyası Jurnalistləri Şurasının II toplantısı başlayıb. Mətbuat Şurasından (MŞ) verilən məlumata görə, 20 ölkədən 200-dən artıq nümayəndənin iştirak etdiyi tədbirə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət qatılıb. 
 

Ə.Amaşov toplantıdakı məruzəsində türk dünyasının media qurumlarını bu məkanın dünyaya təsir gücünün artırılmasında mühüm vasitə kimi dəyərləndirib. Qloballaşan dünyada ənənəvi mediadan onlayn mediaya keçidin xüsusiyyətlərindən, türk dünyası mediasının mövcud dünya düzənindəki rolundan söz açan Ə. Amaşov, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərinə toxunub, Azərbaycanda jurnalistikanın vəziyyəti barədə məlumat verib. 

 

Toplantıda Azərbaycan Mətbuat Şurası Türk Dünyası Jurnalistləri Federasiyasının Türk Dünyası Media Mükafatına layiq görülüb. 
 

Tatarıstanın və bütövlükdə Rusiyanın rəsmi nümayəndələrinin, elm xadimlərinin, ictimaiyyət nümayəndələrinin qatıldıqları tədbirdə dünyada söz və ifadə azadlıqlarının vəziyyəti ilə bağlı hesabatlar açıqlanıb, türk dünyasının müştərək problemlərinə münasibətdə kütləvi informasiya vasitələrinin yanaşma tərzini əks etdirən məqamların təhlili aparılıb.