Bir şeyi etiraf etməliyəm. Doğrudur, deyirlər etiraf daha çox böyüklükdü, amma mən heç bir böyüklük iddiasında olmadan etiraf etmək qərarındayam. Bunun da çox özəl bir səbəbi var. O da özü pünhan olan, gizli zəngləri ilə mənim yazılarıma münasibət bildirən və beləliklə də kağıza köçürdüyüm duyğuların müzakirə obyektinə çevrilməsidir. Çünki hər şənbə yazımdan sonra öncə həmin o gizli zəngin sahibi, sonra da dəyərli və etibarlı oxucularım mənimlə əməlli-başlı bir fikir savaşı açırlar. Beləcə, müzakirlərdə, mübadilələrdə, nəhayət, qızğın disskusiyalarda yeni mövzular, yeni fikirlər qəlbimə hakim kəsilir. Və mən də könül xəstəsi, ruh dəlisi olduğumdan qəlbimin hakiminə baş əyirəm, onun dedikləri ilə oturub-durur, onun tələbləri ilə yaşayır, onun istəklərini gerçəkləşdirirəmg
Bəli, həmişə olduğu kimi, daha doğrusu, son üç-dörd yazımda olduğu kimi bu dəfə də duyğulara meydan verəcəm. Bacardığım qədər sözü duyğuların ifadəçisinə, tərcümanına çevirəcəm. Qoymayacam ki, duyğular, istəklər sözün zəif formasına tuş gəlsin, ifadənin qüsurlu çalarları ilə üst-üstə düşsün. Əksinə, gücümü ortaya qoyacam ki, sözün böyüklüyü ruhun böyüklüyü ilə ucalığa qalxsın və həyatın ən böyük qazancı, ən böyük var-dövləti, bitib-tükənməyən sərvəti olan sevgi sözdə təkcə ifadəsini yox, həm də təsdiqini tapmış olsung
Bəli, biz elə bir zamanda yaşayırıq ki, indi sevgi, sevgililər - Leyli və Məcnun, Romeo və Cülyetta, Aşıq Qərib və daha kimlər az qala əməlli-başlı gülünc obyektinə, qınaq ünvanına çevrilib. Bu sözləri eşidəndə dodaqlarda acı və kinayəli təbəssüm görməmək, sezməmək mümkün deyil. Sanki ilahi sevgi hər şeyə qadir olub, özü heç nə olan madiyyatın əlaltısına, quluna çevrilibdi. İnsanlar maddiyatı, xüsusilə pulu hər şey saydıqlarından sonda pulun heç nə olduğunu yaman unudublar. Onlar özləri də bilmədən bir parça çörəyin, bir isti kürsünün, bir saxta tərifin, bir yalançı mehribançılığın qolu bağlı əsirinə çevriliblər. Elə bil bu dünyada hər şey maddiləşib, az qala insanlıq da sevgi kimi ucuzlaşıb. Amma mən bütün bunları keçici, ötəri sayıram. Çünki aylı-ulduzla gecələrin birində bir ağac dibində, bir bulaq başında, bir arx kənarında, bir sakit bulvarda, parkda gözünü göy üzünə sancıb ayla, ulduzla söhbət edəndə dünyada sevgidən başqa, insanlıqdan başqa hər şeyin yumuşaq desək, əl çirki olduğunu görmək, duymaq, yaşamaq olar. Məncə insan göylərlə, gözə görünməyən güclərlə, xüsusilə özü ilə, ürəyi ilə tək qalmağı bacarandag həmsöhbət olanda madiyyata vurulduğu üçüngmadiyyata əsir olduğu üçüngnəticədə insanlığı ilə sevgini itirdiyi üçün əzab çəkir.
Doğrudu, çoxları bunu etiraf etmir. Çünki onlar iç dünyalarının görünəcəyindən qorxurlar. Xəbisliklərinin, nəfslərinin, riyakarlıqlarının üzə çıxacağından qorxurlar. Amma bu qorxu da heç nəyi gizlətmir. Çünki dünyanın ən böyük sirləri də, ən böyük möcüzələri də gec-tez açılıb və açılmaqdadı. Digər tərəfdən köhnə kişilər demiş, "Süleyman peyğəmbərə qalmayan dünya heç bir tirana, heç bir şaha qalmayıb". Qalan yalnız sevgidir, insanlıqdır. Bax, bunun barəsində düşünmək, bunu uca tutmaq lazımdı. Əks halda, nəfs özünün qara və yırtıcı caynaqlarını ürəyə sancacaq. Ondan isə qurtuluş yoxdu.
Mən həyatın bütün özümə bəlli sifətlərini tanıdığım, anladığım məqamlarını həmişə qarşı-qarşıya gətirirəm, onları üzləşdirirəm, onları bir-biri ilə danışdırıram və bu qarşılaşmadan, bu aparılan fikir mübadiləsindən nəticə çıxarmağa çalışıram. İnanıram ki, sonda mütləq sevgi qalib gələcək, mütləq insanlıq qalib olacaq. Ona görə dəg
sığınıb
bir otaq küncünə
susmuşamg
özümdən başqa
heç kimlə
danışmıram.
düşünməyin ki,
kimdənsə
ya da
dünyadan
küsmüşəmg
yox!-
sadəcə
indi daha çox
ətrafla anlaşıram-
vəg
odur ki,
susaraq
gözləyirəmg
anlaşacağım
məqamın
nə vaxtsa
gələcəyinə
inanaraq!..
***
Son yazılarımla bağlı ən yaxın dostlarımın birinin fikirlərini dinləyib götür-qoy etdim. Necə deyərlər, onun iradları da yerində idi, dediyi sözlərin təsiri də öz kəsərində, öz gücündə. Amma maraqlı bir məqamı mənə rahatlıq vermirdi. Yəni mənimlə fikirlərini bölüşən, müəyyən mənada mənə yeni ideyalar, yeni düşünmə ünvanı verən, səmt göstərən dostum gözlənilmədən bir fikri də dilə gətirdi. Daha doğrusu, mənim sualımın qarşısında o, gözlədiyimi yox, eşidəcəyinə inanmadığı fikirləri dedi.
Mən sözarası ondan soruşdum ki, ürəklə, duyğularla necə yola gedirsən? O da çox özünəməxsus və kəskin bir şəikldə dilləndi:
- Qardaş, deyəsən belə çox getməyəcək. Ən xırda məqamlar, ən elementar sözlər, fikirlər mübahisəyə səbəb olur, haqlı-haqsız söz-söhbət, ağrı-acı yaranır. Və mən onun nə sevgisini, nə şıltaqlığını, nə də ərkini istədiyi, umduğu səviyyədə qiymətləndirib ürəyimcə onu öz mərtəbəsində saxlaya bilmirəm. Çünki onun və mənim istəklərimiz bütünlüklə eynidir. Lakin bu istəklərə yanaşma fərqlidir. Bax, bu fərqi çatdırmaq, izah etmək yaman çətin olur.
Özümdən asılı olmadan gülümsədim və guya böyük bir təcrübəsi, ağsaqallıq imtiyazı olan şəxslər kimi buna etirazımı bildirdim:
- Yox qardaş, ürəyi, duyğunu yarı yolda qoymazlar. Çünki bu yarı yol ürəyin, duyğuların bir nöqtədə dayanıb qarıyıb qocalması, ölməsi deməkdir. Sən buna yol vermə. Çünki içimizdə sənə və mənə aid olan nə varsa, o, duyğularımızın və ürəyimizin Tanrı diktəsi ilə cilalanmış, köklənmiş bir yaşam haqqının, bir sevmək haqqının, bir sevilmək haqqının halalca payıdı. Bu haqqı yarı yolda qoymaq olmaz. Onda biz Nəsimi tək həqdən ənəlhəqqə gedən yolun yolçusu ola bilmərik və yaxud da tərsinə!!!
Doğrudan da insan nə qədər duyumlu, nə qədər düşüncəli, istiqanlı, həssas olursa, bir o qədər də ətrafında baş verən hadisələrə anlayışla yanaşır, onları saf-çürük edəndə, onlara qiymət verəndə, onlardan bəhrələnəndə səhv etmir.
Bax, mən də həmin o duyğuları, o istəkləri, o anlayışları, bir sözlə, insanın içi ilə çölünü bərabər şəkildə açıb ortaya qoyan hər nə varsa, onu bacardığım kimi, gücüm çatan formada təbliğ və təqdim etmək istəyirəm. Ayrı cür bacarmıram! Hətta şeirdə də yazmışamg
bacarmıram!-
doğrudan
gücüm çatmır özüməg
sudan çıxmış balıq tək
çırpınıram durmadan
fikrimi cəmləmək də
işgəncəyə çevrilir
ya önə boylanıram,
gah toz basan izimə
ən xoş məramım belə
xəncər kimi sivrilib
ürəyimə tuşlanırg
mənim sevgi saydığım-
sən əzab dediyindi
hər gün başdan başlanırg
qəbahət sayma bunu
açıq-saçıq deməyi
bacarmıram!-
bağışla
bacarmıramg
hamı tək necə gəldi sevməyi!..
***
Sirli zənglərin müəllifi özünün son zəngində bildirdi ki, mənim yazdıqlarım, mənim ifadə etdiyim fikirlər daha çox böyük amallarla, böyük xəyallarla, böyük istəklərlə, böyük duyğularla yaşayan, mənəviyyatı hər şeydən ucada görən insanlara aiddir. Onun sözlərindən belə çıxdı ki, bir söz adamı, bir şair kimi yazdıqlarım duyğulu oxucuları düşündürə bilər, cəlb edə bilər. Amma həyat gerçəkliyi tamam fərqli bir şeydi. Biz elə bir zamanda yaşayırq ki, oxuduqlarımızdan daha çox gördüklərimizə, şahidi olduqlarımıza üstünlük veririk. Az qala oxuduqlarımız bizə nağıl təsiri bağışlayır, yuxu kimi görünür. Ona görə də o məndən bir az realist olmağı, bir az gerçəkliyi də nəzərə almağı istədim. Bilmirəm o, bu fikirlərini dilə gətirəndə hansı ovqatda idi, hansı təsir altında idi, hansı gününü, hansı saatını yaşayırdı və ümumiyyətlə, o həmin vaxtı mənim tanıdığım özü idi, yoxsa özündən kənarda dayanıb özünə baxan birisig
Bu sualları ona vermədim. Sona qədər dinləyib içimdə götür-qoy etdim. Fikirlərin sırasına bir pərişanlıq düşəcəyindən ehtiyat etdim. Amma şükürlər olsun ki, mənim iç və çöl dünyamın hakimi olan, ürəyimi ağlımın razılığı ilə idarə edən duyğularımın heç birinə zədə toxunmadı. Çünki mən Tanrı sevgisinə, Tanrının verdiyi paya həmişə şükür! deyib - onu qorumağa bütün gücümlə çalışıram. Həm də mən təkcə özümü yox, həm də mənim özüm olan sevgimi də bu məqamda qoruyuram. Necə deyərlər, bir bədəndə iki ürəyi eyniləşdirib iki bədəndə bir ürəyi ucaldıram. Bax, bu dolaşıq, amma gerçək həqiqət mənim üçün hər şeydən əzizdi, hər şeydən doğmadı, hər şeydən vacibdi.
İnsan odun, suyun, havanın, torpağın təşnəsidi. Onun pərvanəsi, onun qoruyucusu, onun sözün bütün mənalarında nişanəsidi. Amma bir şey də var ki, insan həm də bütün o dediklərimizin qoruyanıdı. İnanın ki, mən heç vaxt madiyyatın ömrümdə birinci yerə çıxmasına imkan verməmişəm. Çalışmışam ki, süfrəmdə çörək olsun, evimdə istilik olsun, mənə aid olan kimsə qonşunun süfrəsinə boylanmasın, onun bazar çantasını izləməsin. Yəni kifayət edəcək bir süfrə ilə ömrün günlərini, aylarını, illərini şərəfləndirim. Və ömrümün də şərəfi məhz halal sevgi, böyük sevgi, böyük anlayış, böyük duyğusallıq və nəhayət böyük inam olsun. Çünki məhz bu sonuncular insanın həmişə nəfsinin qarşısına sərhəd çəkir, onu harınlamaqdan, yolunu azmaqdan, lap elə şeytan olmaqdan qoruyur.
Təəssüf ki, bəzən hər şey hamının, o cümlədən də mənim istədiyi kimi olmur. Amma bir gerçəklik də var ki, istəyən bəndələr, ruzini və sevgini verən də Tanrıdı. Əgər Tanrı mənə ruzi, sevgi və ümid verirsə, kimsə onun qarşısını ala bilməz. Mən bu düşüncələrimə bir notu da əlavə etmək istəyirəm. Yəni sevgi heç də bir nəfərin Tanrı payı deyil. Necə ki, ruzi bir insanın payı olmadığı kimi, sevgi də bir insanlıq deyil (kimsə mübahisə edə bilər. Olsun. Amma mən həyatım boyu ruzisini bölən, paylayan o qədər insanlar görmüşəm ki - Ə.M.). Bax, elə bu yerdə yadıma yazdığım son şeirlərdən biri düşdü.
məni sevdin, cəzalandın-
üzünə baxan olmadı
namaz ötdü - qəzalandın-
kimsə səninçün qılmadıg
xoş günlərə zədə gəldi
addım atdın - hədə gəldig
zaman keçdi, vədə gəldi
qarşına çıxan olmadıg
uzlaşmadı sözün himi
oxşamadı mizrab simig
mən dəlini sənin kimi-
yandırıb yaxan olmadıg
ha bu yolu gedib gəlim
ox olmadım, ürək dəlim!
sevinən nə mənim əlim,
nə sənin yaxan olmadı!..
Hə, bütün hallarda bir gerçəkliyi unutmaq lazım deyil. Ürək, duyğu və ağıl dil tapıbsa, bir-birini anlayıb yola verə bilirsə, onun seçiminə heç kim yox deyə bilməz. Çünki bu seçmi sənin üçün, mənim üçün Tanrı göndərib, mələklər gətirib, özü də xilaskar mələklər... Həm də onlar qorumağı bacaran mələklərdi.