adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 May 2015 16:53
2477
MƏMLƏKƏT
A- A+

Azərbaycanda 619 nəfərin 100-dən çox yaşı var

Azərbaycanda yaşı 100 və 100-dən yuxarı 619 nəfər yaşayır. 


Adalet.az "A24.az”a istinadən xəbər verir ki,  Azərbaycanda yaşayan uzunömürlülər daha çox Xankəndindən olanlardır: 86 nəfər.

Paytaxt Bakının isə yaşı 100 və 100-dən yuxarı 36 sakini var: bunlardan 17 nəfəri Binəqədi, 4 nəfəri Sabunçu, 2 nəfəri Suraxanı, 8 nəfəri Nərimanov, 1 nəfəri Nəsimi, 2 nəfəri Nizami, 1 nəfəri Xətai, 1 nəfəri Yasamal rayonunda yaşayır.

Abşeronun 6 nəfər uzunömürlü sakini var.

Gəncə-Qazaxda yaşı 100-dən yuxarı 83 sakin yaşayır: bunlardan 4 nəfəri Gəncə şəhərində (3 nəfəri Nizami, 1 nəfəri Kəpəz rayonunda), 30 nəfəri Tovuz, 8 nəfəri Şəmkir, 30 nəfəri Gədəbəy, 4 nəfəri Göygöl rayonlarında, 1 nəfəri isə Naftalan şəhərində yaşayır.

Şəki-Zaqatala -5 nəfər. 3 nəfər Balakən, 1 nəfər Zaqatala, 1 nəfər Qaxda yaşayır.

Lənkəran -23 nəfər: 4-ü Astara, 13-ü Lənkəran, 1-i Lerik, 2-si Yardımlı, 1-i Masallı, 2-si Cəlilabadda yaşayır.

Quba-Xaçmaz -3 nəfər: 1 nəfər Qusar, 1-i Şabran, 1-i Siyəzəndə yaşayır.

Aran  -37 nəfər: 2-si Beyləqan, 1-i Ağcabədi, 11-i Biləsuvar, 2-si Yevlax, 3-ü Zərdab, 8-i Sabirabad, 10 nəfəri Hacıqabulda yaşayır.

Yuxarı Qarabağ -278 nəfər: 2-si Cəbrayıl, 1-i Füzuli, 40-ı Ağdam, 61-i Tərtər, 10-u Xocalı, 36-sı Şuşa, 42-si Xocavənd, 86 nəfəri Xankəndi sakinidir.

Kəlbəcər-Laçın -81 nəfər: 51-i Kəlbəcər, 23-ü Laçın, 1-i Qubadlı, 6-sı Zəngilan rayon sakini.

Dağlıq-Şirvan -14 nəfər: 5-i Qobustan, 1-i İsmayıllı, 6-sı Ağsu, 2-si  Şamaxıda yaşayır.

Naxçıvan -53 nəfər: 1-i Naxçıvan şəhəri, 2-si Sədərək, 8-i Şərur, 13-ü Babək, 8-i Şahbuz, 10-u Culfa, 9-u Ordubad, 2-si Kəngərli rayonlunda yaşayır.

Xatırladaq ki, Azərbaycanın 9,6 milyona yaxın əhalisi var ki, bunun da 2,2 milyondan çoxu paytaxt Bakıda yaşayır.