adalet.az header logo
  • Bakı 16°C
27 May 2015 15:54
3288
GÜNDƏM
A- A+

Avropa Oyunlarını ən yaxşı işıqlandıran KİV-lərə 80 MİN MÜKAFAT

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun "l Avropa Oyunlarını ən geniş və dolğun işıqlandıran KİV” mövzusunda kütləvi informasiya vasitələri arasında keçirdiyi müsabiqənin qaydaları açıqlanıb.


 Adalet.az KİVDF-yə istinadən xəbər verir ki, qaydalar Müşahidə Şurasının iclasında təsdiq edilib. 

 

Müsabiqədə ən azı 1 (bir) il müddətində fəaliyyət göstərən kütləvi informasiya vasitələri (televiziya kanalları, qəzetlər, jurnallar, informasiya agentlikləri və internet informasiya resursları) iştirak edə bilərlər. Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı”ya düşmüş KİV-lər-in müsabiqədə iştirakına yol verilmir. Müsabiqənin maliyyələşdirilməsi qaydaları Fondun Müşahidə Şurası tərəfindən müəyyənləşdirilir.

 

Müsabiqə çərçivəsində aşağıdakı mükafatlar nəzərdə tutulub: 

I -ci yer üçün 1 KİV 30 000 AZN

II -ci yer üçün 2 KİV 15 000 AZN

III -cü yer üçün 2 KİV 10 000 AZN

 

Nəticələri yüksək qiymətləndirilmiş KİV-lər Müşahidə Şurasının qərarı ilə Fondun İcraçı direktoru tərəfindən təsdiq edilir və müsabiqənin yekunları haqqında iştirakçılara və ictimaiyyətə məlumat verilir. Müsabiqə 2015-ci mayın 27-də başlayır və iyulun 1-də başa çatır.