Bu gün futbol üzrə növbəti milli çempionat başlayır. Özü də yubiley çempionat. İyirminci dəfə keçirilən marafonda yerli futbolçularımız legionerlərə qoşulub top qovacaq, mövsüm boyu ora-bura qaçıb tər tökəcəklər. Yenə hakim mərkəzi göstərəcək, yenə mübahisələr düşəcək. Əzəli rəqiblər bir-birinin ətini didəcək, sonra da "qızıldan", "gümüşdən" götürüb sakit olacaqlar. Yenə Avropa miqyaslı yarışlar başlayanda məlum olacaq ki, bütün bu həngamələr boşuna imiş. Rəhmətlik Səməd Mənsur demişkən, həpsi rəngdi... Bizim klublar Biləcəridən o yana adlayan kimi rüsvayçılıq başlayacaq.
Düzdü, klublarımızın çoxu tez-tez xarici səfərə çıxır, Biləcəridən o yana keçirlər. Lakin bu səfərlər ya çempionatdan əvvəlki hazırlıq dövrünə, ya da dövrələrarası fasiləyə təsadüf edir. Oyunçularımız İngiltərəni, Avstriyanı, Slovakiyanı, Bolqarıstanı gəzib-gəlirlər. Türkiyə su yoluna döndüyündən onu yazmıram. Elə ki, Avrokubok yarışları başlayır... Uzaq ellərə oynaya-oynaya gedənlər xaricdən ağlaya-ağlaya qayıdırlar. Nə yaxşı ki, "Qarabağ" var. Hər il Avroliqa macərasının dadını bir-iki oyunluq da olsa artırır, azarkeşlərə qələbə sevincinin nə olduğunu göstərir. Yəqin elə ona görə də "Qarabağ"a azarkeşlik edənlərin sayı ilbəil artır.
Məni tanıyanlar bilir ki, "Xəzər Lənkəran"ın fanatıyam. Doğma klubun əksər oyunlarını birbaşa stadiondan izləyirəm. Hətta bəzən dostlara qoşulub komandanın məşqlərinə də gedirəm. Özü də "Xəzər Lənkəran"ın məşqlərini izləyən tək mən deyiləm. "Ağ-yaşılların" məşq prosesinə gələn azarkeşlərin sayı premyer-liqadakı bəzi mərkəzi oyunları izləyən tamaşaçıların sayından çox olur.
Həqiqətən də "Xəzər Lənkəran" bizim çempionata rəng qatıb. Uzun müddət futbolsuz qalan lənkəranlı fanatlara böyük sevinc bəxş edən zəngin iş adamı Mübariz Mənsimov ən xoş sözlərə layiqdi. Mübariz bəy cənubluların qəlbində elə bir yerdə taxt qurub ki, o zirvəyə başqası heç ən son model "Boinq"lə də qalxa bilməz. Klubun hər şeyi var. Avropa standartlarına uyğun stadionu və bazası, futbolu beş barmağı kimi bilən azarkeş ordusu. Təəssüf ki, hətta "sehrli barmağı" da...
Nə sirdirsə bu "sehrli barmaq" hər dəfə bir oyun çıxarır. Avroliqa oyunları yaxınlaşdıqca qazanı necə qaynadırsa aləm bir-birinə qarışır. Mirça Rednik kimi səviyyəli mütəxəssis baş məşqçi gətirildikdən sonra bir müddət yuxuya gedən "sehrli barmaq" Avroliqa ərəfəsində yenə oyandı. Klubun aparıcı oyunçusu Parks rəqib düşərgədə- "Bakı"da peyda oldu, Vobayın pasportuna möhür vurmaq çətinə düşdü. İsrail "Makkabi"si ilə oyunlar ərəfəsi və sonrakı günlərdə "sehrli barmaq" doyunca kef elədi. Hətta klub dağılmaq həddinə gəldi, on minlərlə fanat ölüb-dirildi.
Hər il mövsüm öncəsi klubun düşərgəsinə bir təyyarə legioner gəlir, mövsüm bitməmiş onların çoxunu yenə təyyarəyə doldurub yola salırlar. Həmin "sehrli barmaq" sabit heyət olmasın deyə hər cür fırıldağa gedir. Bu dəfə də eyni hadisə təkrarlandı. "Makkabi"nin önünə oturuşmuş heyəti çıxarmaq mümkün olmadı.
Bu gün komanda premyer-liqada oyuna çıxır, amma hələ də heyəti tam formalaşdıra bilməyib. Nə gedənlər məlumdu, nə gələnlər. "Sehrli barmaq" komandanı hər dəfə "söküb-yığmaqdan" nəyə görə belə həzz alır? Bu gün gələnləri də yəqin qış fasiləsində geri qaytaracaq. Bəlkə aviabiletlərini də artıq sifariş verib.
Dağılacağı barədə söz-söhbət gəzən klubdan tez-tez verilən rəsmi açıqlamalardan belə anlaşılır ki, "Xəzər Lənkəran" əvvəlki kimi yenə iddiasını sürdürəcək. Deməli yenə qitə miqyaslı yarışlara qatılacaq. Bu perspektivi nəzərə alan komandaya sabit heyət, güclü legioner lazım olmayacaq?
Lap yadıma sovet dövründə Lənkəranda baş verən bir hadisə düşdü. Məhərrəmlik ayında camaat Kərbəla müsibətini əks etdirən şəbih hazırlayır. Yerlilərdən heç kim Yezid rolunu oynamaq istəmir. Çox axtarandan sonra şəhərdəki hərbi hissələrdən birinin rus zabitini Yezid rolunu oynamağa razı salırlar. Şəbihin sonunda Yezidin döyülməsi məqamı yetişir. Camaat Yezidin acığını rus zabitindən çıxır. Zabit görür belə getsə camaat onu öldürəcək. Onu döyənlərə üz tutub deyir:
- Məni niyə öldürürsüz? Gələn il sizə Yezid lazım olmayacaq?
Bu gün premyer-liqada yubiley mövsümü başlayır. Futbolçular tər töküb qol vuracaqlar. Ədalət təmsilçisi kimi görmək istədiyimiz hakimlər də mərkəzi göstərəcəklər. Qalib gələn klubların azarkeşləri sevinəcək, uduzan tərəfin fanatları ümidlərini ölməyə qoymayacaqlar.
Bizim "Xəzər Lənkəran"dakı "sehrli barmaq" görən nə işlə məşğul olacaq?