adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
27 May 2015 15:50
2400
MƏMLƏKƏT
A- A+

35 avtobus sürücüsü cəzalandırılıb

Bu gün paytaxtda avtobuslarda keçirilən reyd zamanı 35 sürücü cəzalandırılıb. 


Bu barədə Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin rəsmisi Vüqar İbrahimli məlumat verib. V. İbrahimli qeyd edib ki, xətdən çıxarılan avtobusların bəziləri köhnə olub: "Bir neçəsi isə təzə olub, lakin onlarda Avropa Oyunları ilə əlaqədar avtobuslara vurulan reklam lövhələri cırılıb. Sürücülərin bir neçəsinin sənədi yerində olmayıb, bundan əlavə, üzütüklü olanlar, nəzərdə tutulmuş formanı geyinməyənlər də cəzalandırıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq protokol tərtib olunub. Cəriməni ödədikdən və qaydalara riayət etdikdən sonra xəttə buraxılacaqlar. Biz ay yarım əvvəl sahibkarlara xəbərdarlıq etmişdik ki, may ayının sonuna kimi avtobuslar yaxşı vəziyyətdə olsun. Amma bugünkü reyd zamanı bir neçə avtobusda bu xəbərdarlığa riayət edilmədiyi ortaya çıxdı”. Sərnişinlərin gündüz saatlarında reyd keçirilməsi ilə bağlı narazılığına gəlincə isə, V. İbrahimli qeyd edib ki, nöqsanları görmək üşün reydi iş saatlarında aparmaq lazımdır: "Məsələn, sürücü avtobusu harasa vurur, ya da ki qaydalara riayət etmir. Biz bunu qarajda görə bilmərik axı. Bunu iş prosesində etmək lazımdır”.