adalet.az header logo
  • Bakı 16°C
27 May 2015 15:34
1770
MƏMLƏKƏT
A- A+

İcra hakimiyyəti uşaqları sevindirdi

Bu gün Qaradağ rayonunda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün bayram şənliyi keçirilib. 


Tədbirdə İcra başçısının müavini Təranə İsmayılova və məsul işçiləri iştirak edib. Tədbiri giriş sözü ilə açan Təranə İsmayılova bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan şəraitdən danışıb. Musiqi sədaları altında davam edən tədbirdə uşaqlara cizgi film qəhrəmanlarının, klounların nömrələri göstərilib. Tədbirdə iştirak edən hər bir uşağa Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olunub.