adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 May 2015 15:18
1705
GÜNDƏM
A- A+

Füzulidə Respublika Günü qeyd olundu

Horadiz şəhəri, Heydər Əliyev Mərkəzində 28 may – Respublika Günü münasibətilə tədbir keçirilib. 


Adalet.az-a verilən məlumata görə, tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib. 

Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edib, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb. Alı Alıyev qeyd edib ki, cəmi 23 ay ömür sürməsinə baxmayaraq, AXC çox şərəfli və mürəkkəb bir yol keçmiş, müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika olub. Bildirib ki, AXC qısa müddət ərazində fəaliyyət göstərsə də onun kütlələrin şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşar olub.

Tədbirdə Rayon Təhsil şöbəsinin əməkdaşı Fazil Məhərrəmov məruzə ilə çıxış edib. 

Çıxış edənlər cəmi 23 il mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın ictimai fikir tarixində, Azərbaycan xalqının dövlət suverenliyinin bərpası yolunda layiqli yer tutduğunu vurğulayıblar