...Bu yaxınlarda Azərbaycan televiziyalarının birində maraqlı bir süjetə baxdım. Süjetdə balaca ayı balası dişi aslandan canını qurtarmaq üçün çayın yaxınlığındakı quru ağac budağına yaxınlaşdı. Gördü ki, aslan gəlir, düz qurumuş ağacın budağının sonuna qədər gedib çıxdı. Elə aslan da balaca ayı balasından əl çəkmək istəmir, həmin quru ağac budağının sonuna qədər irəliləyirdi. Balaca ayı balası ağacın budağından yapışmışdı.
Aslanın və ayı balasının ağırlığına tab gətirməyən qurumuş budaq sındı və ayı balası düz dağ çayının ortasına düşdü. Aslan isə yenidən dağı enərək çaya tərəf götürüldü və balaca ayı balasını təqib eləməyə başladı. Ayı balası suda boğulurdu. O, suda boğulmamaq üçün gah batıb çıxır, gah da üzürdü. Birdən necə oldusa, ayı balası qırılıb çaya düşən ağacın üstünə çıxdı. Quru ağac onu boğulmaqdan xilas edirdi. Deyirlər ki, heyvanların şüuru yoxdu. Əgər heyvanın şüuru yoxdusa, bir neçə saniyənin içərisində necə oldu ki, boğulmaqdan xilas olmaq üçün balaca ayı balası quru ağacın üstünə çıxdı və boğulmadı. Bir neçə dəqiqə beləcə o, ağacın üstündə dura bildi. Aslan isə ondan əl çəkmir, nərildəyir, iri pəncəsini ona tərəf uzadırdı. Çayın daraldığı yerdə aslan qaçıb ağacın üstündə gələn ayı balasını yaxaladı. Amma ayı balası heç də asanlıqla təslim olmadı. Nərildəyən şirə qarşı ayı balası da ağzını açıb dişlərini qıcadı və vahiməli səs çıxardı. Ancaq aslanın pəncəsi ilə vurduğu ilk zərbə ayı balasını qana bulaşdırmışdı. Bundan ayı balası qorxmadı, yenidən aslanın üstünə hücum çəkdi. Aslan ayı balasının dişini qıcamasını və döyüşkənliyni görüb ona bir daha hücum eləməkdən çəkindi və ayı balasından uzaqlaşdı. Bu vaxt ayı balasının anası nərildəyə-nərildəyə gəldi, aslan onu görəndə qaçmağa başladı. Ana ayı ağzı-burnu qana bulaşmış balasının sir-sifətini və ağzını dili ilə yaladı və təzədən balasını yanına çəkib meşəyə sarı getdi...
Bu epizodu ona görə xatırlatdım ki, biz insanlar çox vaxt çətin anlarda acizləşirik və bəzən də ağlayırıq. Ancaq mübarizə aparmaq haqqında düşünmürük. Bir balaca haqqımız tapdanan kimi, yaxud da incidilən kimi özümüzə qapanır və qaranlıq bir aləmə çəkilirik. Həyat isə mübarizə deməkdir. Bir an bu mübarizədən geridə qalsan, ləngisən, o həyatın ayaqları altında qalıb ya məhv olacaqsan, ya da pis vəziyyətə düşəcəksən. Yuxarıdakı epizodu bir daha ona görə yada saldım ki, insan son nəfəsinə qədər, son ana qədər mübarizə aparmalı, döyüşməli, vuruşmalı və istəyinə doğru irəliləməlidir. Əgər hər hansı adam bunu eləyə bilirsə, təbii ki, gec-tez məqsədinə çatacaq...
***
Od içində o qədər şəhər, o qədər kənd və o qədər yaşayış məntəqəsi yanıb ki?! Özü də bu şəhərlər, bu kəndlər və bu evlər elə-belə yanmayıb. Yəni müharibə olmasaydı, ermənilər bizim çörəyimizi yeyib xəyanət elməsəydilər, yurdumuz-yuvamız yağmalanmaz, ev-eşiyimiz od tutub yanmazdı. Adam işğal olunmuş torpaqlara baxanda dodağı dörd yerdən çatlayır, ürəyi sızım-sızım sızıldayır. Bu anları bir jurnalist və bir yazar olaraq mən çox yaşamışam. Gedib çıxmışam Füzuliyə- Horadiz şəhərinə, amma ordan kənd Horadizə, Şıxlıya, Füzuli şəhərinə və eləcə də Arşa, Cəmilliyə gedə bilməmişəm. Elə Horadizdəki yüksəklikdən, yaxud da ki, Alxanlıdakı təpəlikdən həmin yerlərə həsrətlə baxmışam və gözlərim dolub...
Heç də Füzuli şəhəri haqqında təsadüfən söhbət açmadım. Bu yaxınlarda çox savadlı bir ziyalı və vətənpərvər bir insanla təsadüfən görüşdüm. Bu insan Füzuli rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru, fəlsəfə doktoru Bəhram Məmmədli idi. Bəhram Məmmədli haqqında çox eşitmişdim. Eşitmişdim ki, dünya malında gözü olmayan, halal, zəhmətkeş və ziyalı bir insandır. O qədər sadə və o qədər səmimidir ki, adam onunla bir dəfə görüşəndə fikirləşir ki, mən bu kişini 30-40 il bundan əvvəl tanıyıram. Çünki onunla 5-10 dəqiqə söhbət edən kimi bu ziyalı insanın qəlbində hansı ürəyin döyündüyünü hiss edirsən. Hiss edirsən ki, bu ürək başdan- ayağa işıqdı, nurdu və açılan səhərdi. Elə ki, onunla söhbətləşirsən, dərdləşirsən və həmin an sənin dərdin, kədərin dağ boyda olsa da, balaca bir dərdə çevrilir. Bir az da söhbət edəndə bu dərd əriyib yoxa çıxır və sənin iç dünyana bir işıq gəlir...
Bəhram Məmmədli Füzuli rayon Tarix-diyarşünaslıq muzeyinin yaradıcılarındandı. Yəni o muzeydə nə qədər eksponatlar, əşyalar və nadir tapıntılar toplanıbsa, onların bu ünvanda üzə çıxmasında həmin ziyalı insanın əvəzsiz zəhməti və xidməti var. Torpaqlarımız erməni işğalçıları tərəfindən zəbt ediləndə çox ağır anlar yaşayıb Bəhram müəllim. Füzuli şəhəri 1993-cü ilin avqustun 23-də işğal olunub. Bəhram müəllim deyir, hiss edirdik ki, ermənilərin hücumu güclənir. Mən çox çətinliklə də olsa, Tarix-diyarşünaslıq muzeyinin 8 min eksponatından 6 minini çıxarda bildim. Düzdür, qalan eksponatlar da çox qiymətli muzey əşyalarıdır, onlar ən qədim dövrə və keçmişə məxsusdular. Amma biz bacardığımız qədər və gücümüz çatdığı qədər bir iş görə bildik. İndi həmin eksponatlar Bakıdakı mərkəzi muzeydə (keçmiş Lenin adına muzeydə) saxlanılır. Bəhram müəllim bu sözləri deyəndən sonra gözləri dolur və istəmir ki, vətən həsrətindən o gözləri görüm. Əlinin arxası ilə yaşarmış gözlərinin yaşını silir və sonra da dərindən bir ah çəkib yenidən söhbətini davam etdirir. Deyir ki, Tarix-diyarşünaslıq muzeyinin eksponatlarını çıxardığımıza görə, sabiq mədəniyyət naziri Polad Bülbüloğlunun imzası ilə bizə təşəkkür elan olunmuşdu. Təşəkkürdə yazılırdı ki, muzey əşyalarını döyüş bölgəsindən çıxararkən göstərdikləri fədakarlığa görə, muzeyin direktoru Bəhram Məmmədliyə və əməkdaşlara təşəkkür elan olunsun. İşğal olunan rayonlardan bir Cəbrayılın, bir də Füzulinin Tarix-diyarşünaslıq muzeyinin eksponatlarını çıxarmaq mümkün olub. Şəhərə qrad düşəndə, mərmi düşəndə biz evimizdən çox muzey haqqında fikirləşirdik. Fikirləşdiyimiz də o idi ki, necə edək ki, burdakı nadir eksponatları çıxara bilək. Onları çıxartdıq, elə bil ki, dünyanın yükü çiynimdən götürüldü. Bu gün də ürəyimdə bir sakitlik var ki, nə yaxşı, ən qədim dövrə məxsus olan nadir eksponatları od içində yanan Füzuli şəhərindən çıxara bilmişik. İndi mənim vicdanım da təmizdi, ürəyim də, heç kəsin də yanında üzüqara deyiləm.
Fəlsəfə doktoru Bəhram Məmmədli ilə söhbətimiz isə xeyli uzandı. Çay süfrəsi arxasında Füzulinin uca dağlarını - Ərgünəşi, Köndələn çayını yada saldıq. Hələ bir Çənlibeldən də danışdıq. Mən danışdıqca onun gözlərində bir ümid qığılcımı, bir sevinc hiss edirdim. Hiss edirdim ki, onun ürəyində vətənə qayıtmaq və geri dönmək arzusu hələ də sönməyib. Söhbətimizdən sonra bu arzu və bu istək bir az da şölələndi. Bəhram müəllim, Allah qoysa, səninlə çay süfrəsi arxasında, günlərin birində Füzulidə, Çənlibeldə və bir də dədə-baba yurdunda əyləşərik...
***
...Toy gözəl bir şənlikdi. Hamı istəyir ki, toyunda yaxşı müğənni olsun, o, yaxşı-yaxşı oxusun, toya gələnlər də doyunca oynasınlar, istirahət eləsinlər və şənlənsinlər. Amma gərək toyda oxuyan da oxumağı bacarsın. Yoxsa pul qazanmaq naminə mikrofonu əlinə götürüb camaatı yola verməyə nə var ki?! Oğul odur ki, sən oxuyanda milçək uçsa belə onun səsi eşidilsin, şadlıq evindəki, mağardakı adamlar sənə qulaq assın. Bax, onda bilinəcək ki, kim oxuyandı, kim oxuyan deyil...
ANS TV-nin "Toylar kralı" layihəsinə yekun vuruldu. Kim nə deyir desin, bölgələrdə, rayonlarda, kəndlərdə daha çox istedadlı, şirin səsi olan müğənnilər var. O müğənnilər hər gün televiziya kanallarına çıxıb bizim gözümüzü mazol edən, bezdirən və bir sözlə, tamaşaçıları boğaza yığan dırnaqarası ifaçılardan min dəfə yaxşı oxuyurlar. O layihədə ən pis oxuyan müğənni müxtəlif televiziya kanallarını "işğal" edən müğənnilərdən dəfələrlə yaxşı oxuyur. Bunu tək mən deyil, hətta təcrübəli xanəndələr, musiqiçilər və muğam ifaçıları deyirlər.
Düzdür, ilk dəfə efirə çıxan bəzi müğənnilərin bir qədər səhnə mədəniyyəti çatışmır və mahnı seçimində repertuar qıtlığı yaşayırlar. Amma bir neçə ifadan sonra onlar səhvlərini düzəldir, münsiflərin iradlarına əməl edir və müəyyən zaman kəsiyində artıq onların yetişdiyini hiss edirsən.
ANS-in "Toylar kralı" layihəsində istedadlı müğənnilər var. Onların adını çəkib sadalamaq istəmirəm. Amma bir şey gün kimi aydındır ki, kənddən gəlib oxuyan və efirə çıxan bu istedadlı gənclər nəyə qadir olduqlarını sübut elədilər. Xüsusən də onlardan Bağman Kərimbəylinin ifası böyük tamaşaçı marağına və alqışlarına səbəb oldu. Siz heç gördünüzmü, "Can cana" mahnısı ilə meydan oxuyan Vüqar Rəhimov yarım finalda 5 min də səs toplaya bilmədi. Ancaq Hümmət Şükürbəyli və Bağman Kərimbəyli 50 mindən çox səs topladı. Bağman Kərimbəyli 56 min səs yığdı. Bu o deməkdi ki, Azərbaycan xalqı əsl sənətə, əsl musiqiyə və əsl ifaya qiymət verməyi bacardı. Şəxsən mən qorxurdum ki, bu millət, bu camaat "Can cana"nın ifaçısına səs verib ona kral eləsin. Amma bu xalqı və bu milləti heç də həmişə ara mahnıları ilə və eyni zamanda bayağı musiqilərlə aldatmaq mümkün deyil. Sonda o da məlum oldu ki, əsl ifaçı -zil, bəm və pəs səsi olan Bağman Kərimbəyli kral oldu. Mən Bağmanı çoxdan tanıyıram, hardasa 20 il olar. O, Araz boyundakı Füzuli kəndlərinin toylarını aparırdı. Çoxları da məəttəl qalırdı ki, bu cür şirin səsi, zənguləsi və məlahətli ifası olan müğənni heç harda tanınmır.
Düzdür, Bağmanın əvvəllər Bakıda və digər bölgələrdə tanımırdılar. Amma Bağmanın Füzulidə səsinin həsrətini çəkən, ona qiymət verən və başa düşən çoxsaylı insanlar var. Elə bu çoxsaylı insanlar da ona SMS göndərdi və qalib adı qazandırdı. İstedadlı müğənni Əli Mirəliyev dedi ki, mən Bağmanın səsinə görə, Füzuli torpağı qarşısında baş əyirəm və Füzulidən heç vaxt pis oxuyan müğənni çıxdığını görməmişəm. Düz sözə nə deyəsən?! Bu torpaq Seyid Şuşinskini yetişdirib, İslam Rzayevi boya-başa çatdırıb, Ağabala Abdullayevi ərsəyə yetirib, Süleyman Abdullayevi böyük səhnəyə təqdim edib... Sonda Bağman da münsiflərə müraciət edərək bildirdi ki, Füzulidəki tamaşaçılar və musiqisevərlər mənə dedilər ki, sən də bizim adımızdan münsiflərin qarşısında baş əyərsən. Ona görə də sizin qarşınızda üç dəfə baş əyirəm və minnətdarlıq edirəm.
İstedad gün işığı kimi bir şeydi. Onun qarşısını qara buludlar nə qədər alsa da, yenə həmin gün işığı çıxacaq və ətrafı öz işıq selinə bələyəcək. Eləcə də şirin səs, bal kimi məlahətli səs də kimliyindən asılı olmayaraq, nə vaxtsa parlayacaq və hamının ürəyinə bir əbədi işıq gətirəcək...