adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
27 May 2015 14:40
2426
MƏMLƏKƏT
A- A+

Jurnalistlər üçün təlim

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi və Azərbaycan Mətbuat Şurası məişət və gender əsaslı zorakılıq haqqında məqalə/reportajların hazırlanmasına dair təlimdə iştirak etmək istəyən jurnalistlər üçün ərizə qəbulunu elan edir. Mətbuat Şurasından Adalet.az-a verilən xəbərə görə, təlimin məqsədi jurnalistlərə məişət və gender əsaslı zorakılıq fenomeni, eləcə də müvafiq yazıların hazırlanması zamanı nəzərə alınması vacib olan etik və peşəkar prinsiplər haqqında ətraflı məlumat verməkdən ibarətdir.

Layihə çərçivəsində iki üç-günlük təlim təşkil olunacaq. Birinci təlim Bakıda fəaliyyət göstərən jurnalistlər üçün 2015-ci ilin iyun/iyul ayında, ikincisi isə regionlarda fəaliyyət göstərən jurnalistlər üçün 2015-ci ilin oktyabr ayında təşkil olunacaq. Ümumilikdə, təlimlərdə iştirak etmək üçün 40 jurnalist seçiləcək (hər bir təlim üçün 20 jurnalist).

Maraqlanan jurnalistlər əlavədəki ərizəni doldurub ATƏT-in Bakı Layihə Əlaqələndiricisinin ofisinə (e-mail: [email protected]) 12 iyun 2015-ci il tarixinədək göndərə bilərlər. ATƏT-in Bakı Layihə Əlaqələndiricisi və Azərbaycan Mətbuat Şurasından ibarət komissiya ərizələri qiymətləndirəcək və hər bir təlim sessiyası üçün iştirakçıları seçəcəkdir.