adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 May 2015 13:49
9670
MƏDƏNİYYƏT
A- A+

“Nobel qardaşları və Bakı nefti” adlı sərgi keçiriləcək

İyunun 2-5-də 22-ci Beynəlxalq "Xəzər Neft və Qaz 2015” ("Caspian Oil and Gas 2015”) sərgisi çərçivəsində "Nobel qardaşları və Bakı nefti. Mükafat” mövzusunda incəsənət sərgisinin nümayişi təşkil olunacaq. Nobel qardaşlarına məxsus neft şirkətinin Azərbaycandakı fəaliyyətinin 135 illiyinə həsr edilən rəsm kolleksiyası "Caspian Oil and Gas” sərgisinin təşkilatçısı "Iteca Caspian” şirkətinin təşəbbüsü ilə keçiriləcək.

"Nobel qardaşları və Bakı nefti. Mükafat” adlı yeni layihə həm bu region, həm də dünya neft hasilatının inkişafı baxımından Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin tarixi rol və əhəmiyyətini bir daha xatırladır. Bütün rəsm əsərlərinin müəllifi Azərbaycan və Rusiyada yaxşı tanınan rəssam İrina Eldarovadır.