adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 May 2015 13:32
7883
DÜNYA
A- A+

Dövlət məmurları üçün xüsusi mobil rabitə şəbəkəsi yaradılacaq

Bu məsələnin dövlət orqanları arasında əlaqələndirmənin effektivliyinin artırılması baxımından vacib olduğu bildirilir.

Ukraynanın baş naziri Arseni Yatsenyuk bununla bağlı müvafiq sərəncam imzalayıb.

Həmin sərəncamda Ukraynada dövlət orqanlarının istifadəsi üçün xüsusi milli  mobil rabitə şəbəkəsinin yaradılmasını məqsədə uyğun sayılıb.

Sərəncamda sentyabra qədər yaradılması nəzərdə tutulan yeni şəbəkənin miqyasının müəyyənləşdirilməsi, texnoloji platformanın seçilməsi və başqa məsələlər öz həllini tapmalıdır.

Dövlət orqanları üçün mobil rabitə şəbəkəsinın qurulması Xüsusi rabitə və informasiya təhlükəsizliyi üzrə Dövlət Xidmətinə həvalı olunub.(Gün.az)