adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 May 2015 13:17
3428
ƏDƏBİYYAT
A- A+

Sabir Rüstəmxanlının kitabının təqdimatı keçirilib

Xalq şairi Sabir Rüstəmxanlının "Dərdə əyilmə” kitabının təqdimat mərasimi keçirilib. Təqdimat "Hədəf” Oxucu Klubunun təşkilatçılığı ilə keçirilib. 

Kitabda müəllifin son 20 illik fəaliyyətini əks etdirən yaradıcılıq nümunələri, eləcə də publisistik yazılarının bir qismi yer alıb. Bu yazılar bütöv bir əsərin parçaları kimi oxunur və sözün cəmiyyət həyatındakı əhəmiyyətini göstərir. Kitabı müstəqillik yolunun mənəvi xəritəsi və ya itirilmiş imkanlar haqqında elegiya da adlandırmaq olar. "Dərdə əyilmə” kitabı da müəllifin "Ömür kitabı” adlı əsəri kimi Azərbaycan publisistikasının zirvələrindən biridir.