adalet.az header logo
  • Bakı 20°C
27 May 2015 13:09
4092
ƏDƏBİYYAT
A- A+

Gürcüstanda Məqsəd Nurun romanı təqdim olunacaq

Mayın 28-də Tiflisdə, Didube Sərgi Mərkəzində Beynəlxalq Kitab Festivalı öz işinə başlayır. Beynəlxalq Kitab Festivalı çərçivəsində tanınmış yazıçı Məqsəd Nurun "Şəhər meri" romanının təqdimatı, müəlliflə görüş və imza mərasimi keçiriləcək. 

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə "İntellekt" (Gürcüstan) nəşriyyatında gürcü dilində nəşr olunan kitabda tanınmış gürcü ədibləri - Givi Alxazişvili, Şota İataşvili və Georgi Kekelizdzenin rəyləri yer alıb. Romanın tərcüməçisi İmir Məmmədlidir.