adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 May 2015 13:03
37145
AVTOMABİL
A- A+

Nobel prospektində hərəkət axşamadək məhdudlaşdırılır

Bakının Alfred Nobel prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri davam etdirilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Adalet.az-a verilən məlumata görə, "Azəryolservis” ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

A.Nobel prospektində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. İşlər axşam saat 17:00-dək davam edəcək. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

"Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.