adalet.az header logo
  • Bakı 18°C
27 May 2015 12:39
3053
MƏMLƏKƏT
A- A+

Temperatur 35 dərəcəyədək yüksələcək

28 May- Respublika Günü Azərbaycanda havanın temperaturu bəzi yerlərdə 35 dərəcəyədək yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.