adalet.az header logo
  • Bakı 17°C
27 May 2015 12:23
3145
ƏDƏBİYYAT
A- A+

Tərcümə Mərkəzi yeni mükafat təsis etdi

 

Tərcümə Mərkəzi ədəbi gənclik üçün "Yeni Söz” mükafatı təsis edib

 

Bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Gənc istedadların aşkar edilməsi və beynəlxalq müstəvidə tanıdılması məqsədi ilə təsis edilən mükafat Azərbaycan dilində yazılmış poeziya, nəsr və esse nümunələri təqdim olunacaq. Müəlliflərin yaş məhdudiyyəti 35-dir.

 

Əsərlərin qəbuluna bu il oktyabrın 2-dən başlanacaq.