adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 May 2015 16:37
7212
HADİSƏ
A- A+

Sərnişin avtobusu dəhşətli qəzaya düşdü - yaralılar var

Avtobus yük avtomobillərinə çırpılıb

Bu gün Sumqyıt şəhərində baş vermiş avtobus qəzasında xəsarət alanlar evə burxılıb. Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, "Otoyol" markalı sərnişin avtobusunun "KamAZ" və "Shacman" markalı yük maşınlarına çıxpılması nəticəsində nisbətən ağır xəsarət alan 2 nəfər Travmotologiya xəstəxanasında müalicələrini davam etdirir.

Faktla bağlı müvafiq ekspertizalar təyin edilib və qəzanın səbəbləri araşdırılır.

*****

11:32

Bu gün Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində dəhşətli qəza baş verib. Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində hərəkət edən "Otoyol” markalı marşrut avtobusu "KamAZ" və "Shacman” markalı yük avtomobilləri ilə toqquşub. Nəticədə avtobusun sürücüsü və bir neçə sərnişin ağır xəsarət alıb.

Hadisə yerində araşdırma aparılır.

Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri xeberle.com saytı yayıb