adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
27 May 2015 11:05
6403
ŞOU-BİZNES
A- A+

Röyanı söyən oğlan: “Barışmışıq”

Bir neçə gündür ki, mediada və sosial şəbəkədə müzakirə olunan Röyanın onu təhqir edən şəxslə bağlı paylaşdığı videonun qəhrəmanı danışıb.


Adalet.az-ın"qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Zaur İbrahimov bildirib ki, onlar artıq Röya ilə barışıblar: "Biz Röyadan şikayətçi deyilik. Görüşüb barışmışıq. Bu hadisədən heç kim istifadə etməsin. Bu barədə biz heç bir vəkilə açıqlama verməmişik. Bir daha deyirik ki, məsələni həll edib barışmışıq və Röya ilə bağlı Hüquq Mühafizə Orqanlarına heç bir müraciət etməmişik və belə fikrimiz də yoxdur”.

Z. İbrahimov hadisənin günlərdir mediada müzakirə olunmasına da toxunub: "Bu məsələni kimlərsə şişirdir. Biz bunu istəmirik”.

Qeyd edək ki, Röyanın bir neçə gün əvvəl paylaşdığı video müzakirələrə səbəb olandan sonra müğənni sözügedən görüntünü instagram hesabından silib.