adalet.az header logo
  • Bakı 22°C
26 May 2015 22:34
2351
MƏMLƏKƏT
A- A+

Mübariz Qurbanlı vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağcabədidə vətəndaşları qəbul edib.

Adalet.az-ın komitənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qəbul mayın 26-da Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində olub. Sədr Ağcabədi, Ağdam, Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbulda vətəndaşlar əsasən məscidlərin tikintisi və təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini kitabların və ləvazimatların satışı üçün mağazaların lisenziyası, yerlərdə dini qurumların vəziyyəti və digər məsələlərlə bağlı müraciət ediblər.

İyirmi nəfərədək vətəndaşı qəbul edən Dövlət Komitəsinin sədri bir sıra müraciətləri yerindəcə həll edib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.